Bakıda xalça sərgisi, arxiv şəkli

Dünyaya səs salan Qarabağ xalçalarının rəngi qayıtdı

14
"Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar"

BAKI, 1 dekabr — Sputnik. Qarabağın hər şəhərinin, hər kəndinin özünəməxsus xalça ənənələri var. Tarixən burada istehsal olunan xalçalar bütün dünyada əks-səda doğurub. Bu diyarın istedadlı sənətkarları əsrarəngiz xalçalar toxuyaraq, ilmələrdə öz dünyagörüşünü, həyat fəlsəfəsini, bədii zövqünü əks etdirib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu nəzərə alaraq, İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan Milli Xalça Muzeyi "Qarabağ xalça xəritəsi"ni hazırlayıb və izləyicilərinə təqdim edib:

"Qeyd edək ki, bu xəritədə hər bir şəhərə, rayona aid xalça nümunələri ağ-qara rənglərdə təsvir olunmuşdu. Müqəddəs torpaqlarımız işğaldan azad olunduqca "Qarabağ xalça xəritəsi" də al-əlvan rənglərə boyandı.

Bu gün isə, nəhayət ki, səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Artıq "Qarabağ xalça xəritəsi"ni tam rənglənmiş şəkildə sizə təqdim edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti sayəsində illərdir Qarabağ həsrəti çəkən insanlarımız öz yurdlarına qayıdacaqlar.

Qız-gəlinlərimiz yenidən Azərbaycan xalqının ruhunu, hisslərini özündə əks etdirən əsrarəngiz, tayı-bərabəri olmayan biri-birindən nəfis xalçaları Qarabağda toxuyacaqlar".

14
Teqlər:
rəng, xalça, Qarabağ
ABŞ hərbçiləri Əfqənistanda

Çin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşıdır

0
(Yenilənib 21:07 16.05.2021)
Faktiki olaraq isə qoşunların çıxarılmasına hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

 

BAKI, 16 may — Sputnik. Çin Xalq Respublikasının xarici işlər naziri Van İ pakistanlı həmkarı Mahmud Qureyşi ilə telefon danışığında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşı tənqidi fikirlər səsləndirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, çinli nazir Amerika qoşunlarının tez-tələsik çıxarılmasını Əfqanıstanda barışıq prosesinə ciddi zərbə adlandıraraq regionda sabitlik barədə neqativ fikirlərini dilə gətirib.

VAN İ bildirib ki, rəsmi Pekin yaranmış vəziyyətdə BMT-nin "vacib rol oynayacağına", Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin isə Əfqanıstandakı vəziyyətin qaydaya salınmasına ciddi diqqət yetirəcəyinə ümid etdiyini bildirib.

"Əfqanıstanla qonşu ölkələr qarşılıqlı fəaliyyəti gücləndirməli, bir cəbhə kimi hərəkət etməli və əlaqələndirilmiş addımlar atmalıdırlar", - deyə nazir bildirib.

Çin xarici siyasət idarəsinin rəhbəri həmçinin İslamabadın Əfqanıstanda sülhün əldə olunması istiqamətində addımlarını yüksək qiymətləndirdiyini və Pakistanın ənənəvi olaraq Əfqanıstanla bağlı proseslərdə vacib nüfuza malik olduğunu deyib.

Xatırladaq ki, mayın 8-də ABŞ-ın NATO üzrə müttəfiqləri Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi və alyansın digər üzvlərinə bu ölkədən çıxmaq üçün daha çox vaxt verilməsini israrla xahiş ediblər. Bəzi ölkələr Əfqanıstandan qüvvələrini vaxtında çıxara bilməyəcəklərini və buna görə də amerikalı hərbçiləri iyulun 4-dən sonra da Əfqanıstanda saxlamağı xahiş ediblər.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına rəsmən mayın 1-də başlanıb və sentyabrın 11-nə qədər davam etməlidir. Faktiki olaraq isə qoşunların çıxarılması hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

Eləcə də oxuyun: 

ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?

WSJ: Avropa ABŞ-dan Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi xahiş edir

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

 

0
Teqlər:
qoşunlar, Çin, ABŞ, Pakistan, Əfqanıstan
İsraildə təcili yardım maşını, arxiv şəkli

İsraildə faciə üstünə faciə: onlarla adam sinaqoqda xəsarət aldı - VİDEO

8
(Yenilənib 21:17 16.05.2021)
Xatırladaq ki, bu yaxınlarda, aprelin 30-da Meron dağı yaxınlığında keçirilən Laq Ba-Omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfər həlak olmuşdu.

BAKI, 16 may - Sputnik. İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Magen David Adom təcili tibbi yardım xidmətinin işçiləri məlumat veriblər.

"19:14-də Qüdsün bir rayonundakı sinaqoqda onlarla adamın olduğu tribunanın çökməsi barədə Təcili Yardım xidmətinə məlumat daxil olub", - tibb işçiləri deyiblər

KAH dövlət telekanalı bildirib ki, xəsarət almış 60 nəfərə tibbi yardım göstərilir, onlardan onunun vəziyyəti ağırdır.

Xatırladaq ki, bu yaxınlarda, aprelin 30-da Meron dağı yaxınlığında keçirilən Laq Ba-Omer dini mərasimi zamanı yaranan izdihamda 44 nəfər həlak olmuşdu.

Eləcə də oxuyun: 

*Rəsmi Bakı İsrailə başsağlığı verdi

İsrail HƏMAS üzvlərinin evlərinə zərbələr endirdi

*Papa nəhayət Fələstin-İsrail qarşıdurmasına münasibət bildirdi

 

 

8
Teqlər:
video, yaralılar, sinaqoq, faciə, İsrail