BAKI, 30 noyabr — Sputnik. ABŞ-da bir qrup konqresmen Rusiyanın "Şimal axını-2" layihəsinə qarşı yeni sanksiyaların tətbiqinə ehtiyacın olmasına dair razılığa gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Wall Street Journal" nəşri məlumat yayıb.
Qeyd edək ki, "Şimal axını-2" layihəsinin reallaşdırılması ABŞ-ın qaz kəmərinin podratçılarına qarşı tətbiq etdiyi sanksiyalarla bağlı dayandırılıb. Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin yanvarında bəyan edib ki, "Şimal axını-2" Rusiya tərəfindən yekunlaşdırılacaq, lakin tikinti planlaşdırılan müddətdən bir neçə ay sonra başa çatacaq.
Nəşr yazır ki, qaz kəmərinin tikintisi üçün "Akademik Çerskiy" boruçəkən gəmisi lazımdır. Lakin bu gəmi də daha böyük diametrli borularla işləmək üçün yeni avadanlıqlarla təchiz olunmalıdır.
ABŞ-ın yeni sanksiyaları bu ilin sonundan qüvvəyə minə bilər və bu gəmini yeni avadanlıqlarla təchiz edəcək müəssisələrə, həmçinin qaz kəmərini sığorta, test, yoxlayacaq və sertifikat verəcək şirkətlərə də şamil olunacaq.
Qeyd edək ki, "Şimal axını-2" Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kubmetr olan iki boru kəmərinin inşasını nəzərdə tutur. Avropa Şurasına öz maye qazını satmaq istəyən ABŞ, eləcə də Ukrayna və bir sıra Avropa ölkələri bu layihəyə qarşı çıxır. ABŞ 2019-cu ilin dekabrında layihəyə qarşı sanksiya tətbiq edərək boru kəmərinin quraşdırılması ilə məşğul olan şirkətlərdən tikintinin dayandırılmasını tələb edib. Bundan sonra İsveçrənin "Allseas" şirkəti qaz kəmərinin quraşdırılması işini dayandırdıqlarını bildirib.
Bu ilin oktyabr ayının ortalarında isə Vaşinqton "Şimal axını-2" layihəsinə qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları bir az da genişləndirib. KİV-də gedən məlumatlara görə, Vaşinqton qaz kəmərinin tamamlanması üçün Rusiya gəmiləri ilə əməkdaşlıq edən sığorta və sertifikasiya şirkətlərinə qarşı da sanksiyalar tətbiq etmək niyyətindədir.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.