COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda bir gündə 22 nəfər koronavirusdan öldü

5
(Yenilənib 13:04 30.11.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

BAKI, 30 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 135124-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 356 nəfər artıb.

Ermənistanda son gündə daha 22 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 2164-ə çatıb. Xəstəlikdən sağalanların sayı 108442 nəfər olub. Hazırda bu ölkədə 23976 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 62,7 milyonu keçib, 1,45 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Avtomat və güllələlər, arxiv şəkli

Qazax sakinində silah aşkarlanıb

9
(Yenilənib 00:11 19.01.2021)
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKI, 18 yanvar — Sputnik. Nəqliyyatda Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, Qazax şəhər sakini, Afiq Məmmədov XPŞ-yə gətirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, onun üzərində şəxsi axtarış keçirilən zaman əlində olan, göy rəngli politelen torbanın içərisindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun Qazax şəhər ərazisindəki qəbirstanlıqda odlu silah gizlətməsi də məlum olub. Polis əməkdaşlarının həmin əraziyə keçirdiyi baxış zaman oradan bir ədəd istifadəyə yararlı "AKM-72" tipli avtomat və həmin avtomata aid 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdm edilib, faktlarla bağlı XPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

9

Azərbaycanda COVID-19 əleyhinə peyvəndləmənin ilk günü Foto

8
(Yenilənib 00:06 19.01.2021)
Azərbaycanda bu gün koronovirus infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. İlk olaraq Çinin CoronaVac preparatı ilə tibb işçilərini peyvəndləməyə başlayıblar. Bunun necə baş verdiyinə Sputnik Azərbaycan-ın fotolentində baxa bilərsiniz.

Azərbaycanda yeni növ koronovirus əleyhinə vaksinasiyaya planlaşdırıldığı kimi yanvarın 18-də start verilib. Birinci olaraq səhiyyə naziri Oqtay Şirəliyev peyvənd olunub. TƏBİB rəhbəri Ramin Bayramlı da ilk vaksinasiya olunanlardandır.

8
  • © Sputnik / Murad Orujov

    Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın ilk mərhələsi.

  • © Sputnik / Murad Orujov

    TƏBİB sədri Ramin Bayramlıya koroanvirusa qarşı peyvənd vurulur.

  • © Sputnik / Murad Orujov

    Səhiyyə naziri Oqtay Şirəliyevə COVID-19 əleyhinə vaksin vurulur.

Teqlər:
TƏBİB, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səhiyyə naziri Oqtay Şirəliyev, Oqtay Şirəliyev, Koronavirus, epidemiya, COVID-19