Anar Kərimov, arxiv şəkli

Anar Kərimov dünyanı islam irsinə qarşı vandalizmi pisləməyə çağırdı

12
(Yenilənib 22:27 27.11.2020)
2017-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan olunduğunu qeyd edən Anar Kərimov il ərzində həyata keçirilən layihələr barədə də məlumat verib.

BAKI, 27 noyabr — Sputnik. İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) "Bəşər sivilizasiyasının qurulmasında və sülh dəyərlərinin yayılmasında İslam incəsənətinin rolu" mövzusunda beynəlxalq vebinarı təşkil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, vebinarda ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Bəhreynin Mədəniyyət və Antik Əşyalar İdarəsinin prezidenti Şeyxa Mai bint Məhəmməd Əl-Xəlifə, BƏƏ-nin mədəniyyət və təhsilin inkişafı naziri Nura bin Məhəmməd əl-Kaabi, Misirin mədəniyyət naziri İnas Abdel Dayem, ICESCO, UNESCO, IRCICA təşkilatlarının nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Tədbirdə ölkəmizi mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov təmsil edib.

Açılış nitqi ilə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik İslam incəsənətinin zənginliyindən, onun bəşər sivilizasiyasının formalaşmasındakı rolundan, ICESCO-nun İslam irsinin qorunması istiqamətində fəaliyyətindən bəhs edib.

İslam sivilizasiyasının dünya mədəniyyətinə verdiyi töhfələri qeyd edən Anar Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılan Qarabağ bölgəsində mövcud olan İslam irsinin vəziyyətindən də danışıb. O, Ermənistan tərəfindən məscidlərin dağıdılmasının və təhqir olunmasının Azərbaycanın tarixi-mədəni irsinin, eyni zamanda İslam irsinin məhv edilməsi məqsədi daşıdığını qeyd edib. Dini mənşəyindən asılı olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən Anar Kərimov Ermənistanın əməllərinə qlobal mədəniyyət institutları tərəfindən obyektiv qiymətin verilməsinin, bu əməllərin pislənilməsinin zəruri olduğunu bildirib. Xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində islam sivilizasiyasının mədəniyyət və dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktlarının ICESCO və digər beynəlxalq təşkilatlar tərəfindən daha sərt pislənilməli olduğunu, müsəlman dünyasının öz mirasını qətiyyətlə müdafiə etməsinin vacibliyini diqqətə çatdırıb.

Ceyhun Bayramov, arxiv şəkli
© Photo : Press service of the Russian Foreign Ministry

Anar Kərimov çıxışında Azərbaycanda mədəni irsin qorunması, sülh və dialoqun təşviqi ilə bağlı görülən işlər, ICESCO ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib. Vurğulanıb ki, ICESCO ilə əməkdaşlıq çərçivəsində 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhərləri "İslam mədəniyyətinin paytaxtı" elan edilib, 2015-ci ildə ICESCO-nun 12-ci Baş Konfransı Bakıda təşkil olunub.

2017-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan olunduğunu qeyd edən Anar Kərimov il ərzində həyata keçirilən layihələr barədə də məlumat verib.

12
Teqlər:
İSESCO, erməni vandalizmi, islam, mədəni irs

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

4
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

4
Teqlər:
mafiya, İtaliya
Göranboyda hadisə yerində

Goranboyda gecə qəzası: "Opel" xarab olub yolda qalan maşına çırpılıb - FOTOLAR

16
(Yenilənib 00:04 22.01.2021)
Qəzaya düşmüş Tovuz, Tərtər, Kürdəmir rayonlarının sakinləri Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Göranboyda hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Göranboyda hadisə yerində

Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.

16