Şuşa şəhərinin ətrafı, arxiv şəkli

Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq

21
(Yenilənib 01:14 27.11.2020)
Fuad Nağıyev işğaldan azad edilmiş torpaqların turizm potensialının yüksək qiymətləndirildiyini bildirib.

BAKI, 27 noyabr — Sputnik. Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 26-da İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxış edərkən bəyan edib.

Fuad Nağıyev işğaldan azad edilmiş torpaqların turizm potensialının yüksək qiymətləndirildiyini, burada mövcud olan imkanların həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün önəm kəsb etdiyini vurğulayıb. O, işğal dövründə turizm əhəmiyyətli məkanların böyük bir hissəsinin məhv edildiyini, tarixi məscidlər, türbələr və bu kimi digər qədim dini abidələrin erməni vandalizmi nəticəsində viran edilərək, xarabalığa çevrildiyini bildirib. Fuad Nağıyev, həmçinin işğal edilmiş torpaqlarda 67 məsciddən 63-nün dağıdılması, məscidlərin tövlə kimi istifadə edilməsi faktları haqqında danışıb və bütün iştirakçıları bu vandalizmi və barbarizmi qınamağa çağırıb.

Eyni zamanda Fuad Nağıyev Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə haqqında danışaraq, Azərbaycanı torpaqlarının azad edilməsi uğrunda apardığı haqq savaşında daim dəstəkləyən təşkilatın bütün üzvlərinə öz təşəkkürünü çatdırıb. O bildirib ki, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparılacaq. Fuad Nağıyev, həmçinin azad edilmiş torpaqlarda dayanıqlı turizmin inkişaf etdirilməsi və dağıdılmış İslam irsinin bərpası istiqamətində COMCEC-lə əməkdaşlıq çərçivəsində proqramların həyata keçirilməsinin məqsədəuyğun olacağını əlavə edib. Fuad Nağıyev çıxışında son illərdə Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilməsi, pandemiyanın sənayeyə təsirlərini minimuma endirmək üçün hökumət tərəfindən təqdim olunan iqtisadi və sosial dəstək paketi haqqında iştirakçılara məlumat verib.

Agentlik sədri iyun ayında Qəbələ şəhərində "Turizmin inkişafında yerli icmaların rolu" mövzusunda keçirilməli olan, ancaq pandemiya səbəbindən təxirə salınan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etməsi üçün müraciət olunacağını bildirib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. 1984-cü ildən bəri hər il Türkiyə Respublikasının sədrliyi ilə İstanbulda təşkil olunan İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin sessiyasında bu il 35 ölkənin nümayəndə heyəti video-konfrans formatında iştirak edib.

21
Teqlər:
İslam Əməkdaşlıq Təşkilatı, İƏT baş katibi, İƏT, Dövlət Turizm Agentliyi, turizm, Qarabağ

Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi - Fotolent

11
Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir.

Şeyx Səfiəddin kompleksi Güney Azərbaycanın (hazırda İran ərazisi sayılır-red.) Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksidir. Kompleks Səfəviyyə sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş türbə ətrafında formalaşıb. 

Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq ediblər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilib. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilib. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilib.

Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxanaya ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilib. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılıb-red.) dəfn edilib.

Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı var. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də, bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.

Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir. 2010-cu ildə kompleks UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilib. Sputnik Azərbaycan həmin kompleksdən çəkilmiş fotoları təqdim edir. 

11
  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

  • © Sputnik / Soheil Ghanbarzadeh

    Ərdəbildə Səfəvilər sülaləsinin banisi - Şeyx Səfiəddinin türbəsi.

Мужчина в наручниках, фото из архива

Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib

4
(Yenilənib 21:00 11.05.2021)
Vüqar Bədəlov evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

BAKI, 11 may - Sputnik. Mayın 9-da saat 07:00 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 06:00 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.

4