İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif

Cavad Zərifin Bakı Moskva səfərlərini niyə təxirə saldığı məlum olub

45
(Yenilənib 16:02 22.11.2020)
İran XİN-in sözçüsü Səid Xətibzadə: İranın xarici işlər naziri  Məhəmməd Cavad Zərifin Bakıya səfər proqramı yenidən hazırlanacaq.

BAKI, 22 noyabr - Sputnik. İranın xarici işlər naziri  Məhəmməd Cavad Zərifin Bakıya səfər proqramı yenidən hazırlanacaq.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə M. C. Zərifin Bakı və Moskva səfərlərinin ləğvi ilə bağlı APA-nın sorğusunu cavablandırarkən bildirib.

İran XİN sözçüsü deyib ki, dövlətin büdcəsinə dair müzakirələrdə Nazirlər Kabinetinin bütün üzvlərinin iştirakı tələb olunduğundan M.C. Zərifin Bakı və Moskva səfərləri təxirə salınıb və səfər proqramı yenidən hazırlanacaq:

“Səfərin məqsədi Qarabağ məsələsini müzakirə etməkdir.  Əlbəttə, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi də  müzakirələrdə yer alacaq. İran Azərbaycan və Rusiya ilə əlaqələrini inkişaf  etdirməkdə maraqlıdır. İran Azərbaycanla əlaqələrini inkişaf etdirməkdədir. İranın siyasəti yaxşı qonşuluq, regionda problemləri region və qonşu ölkələr üçün sıfıra endirməkdir.  İran ölkələrlə bərabər əlaqələr qurmağa çalışsa da, bəzi ölkələr tarixi keçmişi və müştərək oxşarlığına görə İran üçün  daha əhəmiyyətlidir. Azərbaycan da bu ölkələr sırasındadır”.

İran XİN rəhbərinin baş tutacaq  Bakı səfərində müsbət nəticələrin əldə olunacağına ümid edən S. Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin sərhədlərindən Ermənistana silah keçməsinə icazə verməməsi ilə əlaqədar İrana təşəkkür etməsinə də toxunub: “İran böhranların sülh yolu ilə həll olunmasına çalışır. Çünki bizim bölgəmizin bundan artıq müharibə və qarşıdurmaya dözümü yoxdur".

45
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

18
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

18
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai
Здание МИД Франции

Rəsmi Parisdən bəyanat : Fransa "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımır

62
(Yenilənib 00:45 27.11.2020)
Fransa Xarici İşlər Nazirliyi bəyan etdi: Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır

BAKI, 27 noyabr - Sputnik. Rəsmi Paris “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir.

“25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bir daha xatırladıb – Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib.   

62
Teqlər:
Azərbaycan XİN, Milli Məclis, Dağlıq Qarabağ, Fransa, Paris