BAKI, 22 noyabr - Sputnik. Bazar günü Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 126224-ə yüksəlib.
Sputnik Ermənistan müqayisə üçün bildirib ki, 21 noyabr tarixinə qədər 124839 yoluxma hadisəsi qeydə alınıb, onun da 1385-i yeni yoluxmanın payına düşür.
Ermənistanda 1952 nəfər koronavirus ağırlaşmalarından ölüb (üstəlik, ötən gün ərzində 21 nəfər). Digər səbəblərdən ölən koronaviruslu xəstələrin sayı 501-dir (son bir gündə 3).
İnfeksiyadan sağalanların sayı 94090 nəfərdir. Hazırda 29681 nəfər müalicə olunur. Aparılan testlərin ümumi sayı 487088-dir.
Xatırladaq ki, Ermənistanda 16 mart - 11 sentyabr tarixlərində fövqəladə vəziyyət qüvvədə olub. Hazırda ölkədə 11 yanvar 2021-ci ilə qədər davam edəcək karantin tətbiq edilir. Respublikada "maska rejimi" qorunub saxlanılır.