Kanadadan Qarabağa görə Türkiyəyə gözlənilən zərbə

© AP Photo / © DHA via APТурецкий военный беспилотник Байрактар, фото из архива
Турецкий военный беспилотник Байрактар, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssis, Türkiyənin Tusas Engine Industries (TEI) şirkətinin uzun müddətdir öz mühərrikləri üzərində işlədiyini də əlavə edib.

BAKI, 21 noyabr — Sputnik. Qərb ölkələri Türkiyəni hərbi texnika üçün mühərriklərə, xüsusən də Bayraktar TB2 zərbə-kəşfiyyat pilotsuz uçan aparatına (PUA) əlçatanlıq hüququndan məhrum edir.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Müstəqil Hərbi İcmalda Strateji və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) direktoru Ruslan Puxov danışıb.

Belə ki, Bayraktar TB2-nin Dağlıq Qarabağdakı döyüşlərdə istifadəsi ilə əlaqədar olaraq, Avstriyanın Rotax şirkətinə sahib olan Kanadanın Bombardier Recreational Products şirkəti, bu mühərriklərin [Rotax 912] insansız hava vasitələrinə quraşdırılması üçün Türkiyəyə tədarükünün dayandırıldığını elan edib.

Mütəxəssis, Türkiyənin Tusas Engine Industries (TEI) şirkətinin uzun müddətdir öz mühərrikləri üzərində işlədiyini də əlavə edib.

O, bildirib ki, xüsusilə, PD-170 mühərriki üzərində iş aparılır: "Bu mühərrik ağır türk ikimühərrikli dronu olan TAI Aksungurun ilk prototipinə quraşdırılmış olsa da, hələ də eksperimental mərhələdədir".

Onun sözlərinə görə, bu günə qədər Türkiyədə yaradılan bir dənə də təyyarə mühərriki seriya şəklində istehsal edilməyib.

Xəbər lenti
0