Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Paşinyan: Müharibə vaxtı həmişə Rusiya Federasiyasının dəstəyini hiss edirdik

© AFP 2023Премьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda sülhün bərpa olunmasına görə Rusiyaya təşəkkür edib.

BAKI, 21 noyabr — Sputnik. Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu RF Prezidenti Vladimir Putinin göstərişi ilə Ermənistana səfərdə olub.

RİA Novosti xəbər verir ki, Yerevanda Şoyqu Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyanla görüşüb.

Rusiya müdafiə naziri Paşinyanla Arutyunyana Dağlıq Qarabağ münaqişəsi zonasında sülməramlı əməliyyat, yerlərdə Rusiya sülhməramlı kontingentinin bölmələrinin yerləşdirilməsi və müşahidə postlarının qurulması, atəşkəsə nəzarət monitorinqinin təşkili, həmçinin humanitar vəzifələrin həlli barədə məlumat verib.

"Biz konkret vəzifələrlə gəlmişik. Bilirsiniz ki, üçtərəfli bəyanatın imzalanmasından sonra sülhməramlı kontingent münaqişə bölgəsinə gəlib. Bu günlər ərzində biz praktiki olaraq Qarabağın bütün ərazisində yerləşmişik. 23 post qurulub. Stepanakertə (Xankəndinə) gedən yola nəzarət edirik. Qaçqınların qayıtmasını təmin edirik. Artıq dinc həyat bərpa olunub. Bizim tərəfimizdən əsas vəzifə qan tökülməsinə yol verməməkdir. Bu, bizim Ali Baş Komandanın qarşımızda qoyduğu vəzifədir", - Sergey Şoyqu bəyan edib.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda sülhün bərpa olunmasına görə Rusiyaya təşəkkür edib.

"Müharibə vaxtı biz həmişə Rusiya Federasiyasının dəstəyini hiss edirdik... Mürəkkəb dövrlər idi, lakin indi hərbi-siyasi vəziyyət dəyişib", - o bəyan edib.

Sergey Şoyqu Nikol Paşinyan və Vaqarşak Arutyunyanla Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunmasına və 2020-ci il noyabrın 10-də Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidentinin qəbul etdikləri birgə bəyanatın müddəalarının yerinə yetirilməsinə dair məsələləri müzakirə edib.

Xatırladaq ki, bu gün Ermənistana yola düşən Rusiya nümayəndə heyətinin tərkibinə müdafiə naziri Sergey Şoyqu, XİN başçısı Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, fövqəladə hallar naziri Yevgeni Ziniçev, "Rospoterbnadzor"un rəhbəri Anna Popova daxildirlər.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0