Semen Peqov, arxiv şəkli

Baş Prokurorluq Semyon Peqovla bağlı Rusiyaya müraciət edib

54
Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərilməklə, Semyon Peqov və digərləri ilə bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilib.

BAKI, 20 noyabr — Sputnik. Azərbaycan Baş Prokurorluğu məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir:

"Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində "WarGonzo" layihəsinin müəllifi Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun "SolovyovLive" verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovla "Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi" mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri müəyyən edilib.

Semyon Peqov və Semyon Baqdasarovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar), 283.2.1-ci (zor tətbiq etmə hədəsi ilə mill düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar kütləvi informasiya vasitələrindən istifadə edilməklə törədildikdə) maddələrinin əlamətləri mövcud olduğundan, toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsində Semyon Peqovun Azərbaycan Respublikasının dövlət sərhədini sənədlər olmadan qanunsuz keçməsi, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsi faktına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilməklə istintaq yolu ilə araşdırılması davam etdirilir.

Göstərilən xüsusatlarla əlaqədar cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərilməklə, Semyon Peqov və digərləri ilə bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilib.

Vəsatətlərin icra edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən həmkarlarla daimi əlaqə saxlanılmaqla, istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir".

54
Teqlər:
cinayət hadisəsi, Azərbaycan Respublikası, Baş Prokurorluq
Uşaq əllərini yuyur, arxiv şəkli

Bakı Abşeronun bəzi ərazilərində iki gün su olmayacaq

1
(Yenilənib 17:28 25.11.2020)
Noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

BAKI, 25 noyabr — Sputnik. Ceyranbatan-Maştağa magistral su xəttinin Goradil dəmir yolu stansiyası ərazisindən keçən hissəsinin köçürülməsi ilə əlaqədar noyabrın 26-27-də Bakının Binəqədi və Sabunçu rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinə (əsasən bağ massivlərinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

1
Teqlər:
Abşeron, Bakı, su
Polis postu, arxiv şəkli

Qubada postda saxlanılan şəxsdən narkotik vasitə aşkarlanıb

3
(Yenilənib 17:26 25.11.2020)
Saxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

BAKI, 25 noyabr — Sputnik. Quba rayonunda postda saxlanılan şəxsdən narkotik vasitə aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Verilən məlumata görə, Quba rayon sakini Kamal İskəndərov özünə məxsus "Niva" markalı nəqliyyat vasitəsi ilə Qusar-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Quba rayonun giriş hissəsində quraşdırılmış müvəqqəti stasionar postda Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman ondan və nəqliyyat vasitəsindən kibrit qutusunda və sellofan bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Kamal İskəndərov narkotik vasitələrin ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

3
Teqlər:
narkotik vasitə, post, Quba