Azərbaycan hərbçiləri, arxiv şəkli

"Vətən Müharibəsi Qəhrəmanı" adını almış şəxslərə güzəştlər olacaq

43
O bu barədə "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsini birinci oxunuşda təqdim edən zamanı deyib.

BAKI, 20 noyabr — Sputnik. "Vətən Müharibəsi Qəhrəmanı" adını almış şəxslər qanunla nəzərdə tutulmuş güzəştlərdən istifadə edəcəklər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli "Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsini birinci oxunuşda təqdim edən zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı müvafiq qanunlara dəyişikliklər ediləcək.

43
Qarabağ - Makkabi oyunu

"Qarabağ" İsraildə ilk xalını qazandı

28
(Yenilənib 00:38 04.12.2020)
“Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turunda meydana çıxıb.

İlk 4 görüşdə uduzduqdan sonra İ qrupunda sonuncu yeri tutduğu rəsmiləşən Qurban Qurbanovun yetirmələri İsrailin “Makkabi” klubu ilə görüşüb. Cari mövsümdə avrokuboklarda son ev matçını keçirən təmsilçimiz Təl-Əviv klubunu da İstanbuldakı “Başakşəhər Fatih Teim” stadionunda qəbul edib.

Baş məşqçi Qurban Qurbanov və əsas heyətin bir sıra üzvləri koronavirusa yoluxduğu üçün qardaş ölkəyə böyük itkilərlə yollanan “Qarabağ” turnirdə ilk xalını qazanıb. Qarşılaşmada hər iki qol ilk 45 dəqiqədə vurulub.

Komandamız hissənin ortalarında qapısında qol görüb. İsrail təmsilçisi penalti ilə hesabı açıb. Ağdamlılar ilk yarı başa çatmamış hesabda tarazlıq yaradıblar. Xayme Romero bərabərlik qoluna imza atıb. 

Qrupun digər oyununda “Sivasspor” Türkiyədə “Vilyareal”ı qəbul edib. İspaniya təmsilçisi 1 qolla səfər qələbəsi qazanıb.

Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar.

Avropa Liqası
Qrup mərhələsi
V tur, İ qrupu
3 dekabr
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
Qollar:  Xayme Romero, 37 - Yonatan Kohen, 22 (pen.)

Baş hakim: Robert Hennessi (İrlandiya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev 
Məşqçi: Elçin Rəhmanov
“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç
Baş məşqçi: Giorgios Donis

28
Teqlər:
UEFA Avropa Liqası, "Makkabi" FK (Tel-Əviv), Qarabağ FK
Yaşlı insanlar

Uzun illərin sirri açıldı - "həmin vaxtlar güzgüyə baxmağa nifrət edirdim"

21
Bir müddət sonra model hekayəsini sosial şəbəkələrdə paylaşmağa qərar verib və pariksiz şəklini paylaşıb. O etiraf edib ki, buna görə əvvəlcə dəhşətə düşüb, amma sonda istifadəçilərdən xeyli iltifat alıb. Bu dəstək Matiasa ilham verib

BAKI, 3 dekabr — Sputnik. Saçları töküldüyü üçün 16 ildir pariklə gəzən model sonda bu sirri açıb və ətrafdakıların reaksiyasından təəccüblənib.

Böyük Britaniyanın Manninqtri şəhərindən olan 29 yaşlı Laura Matias 13 yaşından "universal alopesiya"dan (yalnız başda deyil, bədəndə də tüklərin tam tökülməsinə səbəb olan xəstəlik) əziyyət çəkib.

Onun sözlərinə görə, yeniyetməlik dövründə o, keçəlliyindən utanaraq, bunu parikin köməyi ilə gizlədib.

"Elə düşünürdüm ki, yalnız məndə belə problem var, çünki o dövrdə heç bir sosial şəbəkə yox idi", - deyə model vurğulayıb. O həmin vaxtlar güzgüyə baxmağa nifrət etdiyini deyir.

Model 16 il parikini çıxarmayıb, ancaq koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan karantin dövründə evdə işləməyə başlayıb, buna görə də ondan hər gün istifadə etməyib.

Bir müddət sonra model hekayəsini sosial şəbəkələrdə paylaşmağa qərar verib və pariksiz şəklini paylaşıb. O etiraf edib ki, buna görə əvvəlcə dəhşətə düşüb, amma sonda istifadəçilərdən xeyli iltifat alıb. Bu dəstək Matiasa ilham verib.

Artıq o, bir çox gündür parik taxmadan evdən çıxır və oxşar problemi olan qadınları fərqliliklərini gizlətməməyə təşviq edir. Bundan əlavə, Matias "Models of Diversity" xeyriyyə təşkilatının səfiridir: o, oxşar xəstəliyi olan digər qızları görünüşlərini qəbul etməyə çağırır.

21