Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanın Rusiyadakı keçmiş səfiri vəfat edib

© Photo : REPORTHikmət Hacızadə
Hikmət Hacızadə  - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, H.Hacızadə bir neçə gün əvvəl insult keçirmişdi.

BAKI, 20 noyabr — Sputnik. Azərbaycan Xalq Hərəkatı liderlərindən biri, Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə 66 yaşında vəfat edib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə onun oğlu Adnan Hacızadə məlumat verib.

Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, H.Hacızadə bir neçə gün əvvəl insult keçirmişdi.

Xatırladaq ki, H.Hacızadə 1954-cü ildə Bakıda anadan olub.

Allah rəhmət eləsin!

Xəbər lenti
0