Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyində dəyişiklik edilib

10
(Yenilənib 10:41 20.11.2020)
"Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi müzakirə olunacaq

BAKI, 20 noyabr — Sputnik. Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Bu barədə Sputnik Azərbaycan Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, iclasın gündəliyindəki məsələlərin sayı 11-dən 13-ə qaldırılıb.

Bunlar aşağıdakılardır: 1. "Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (ikinci səsvermə).

2. "Vətən Müharibəsində qələbə münasibətilə" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

4. "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

6. Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

8. "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

9. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

10. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

11. "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

13. "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

10
Teqlər:
iclas, qanun layihəsi, Milli Məclis

Bayraqlarla küçələrdə: Bakıda Kəlbəcərin qaytarılmasını qeyd etdilər

0
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

Bakıda Kəlbəcər rayonunun erməni işğalından azad olunması münasibətilə avtoyürüş keçirilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş maşınlar şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 10-da  imzalanan razılaşmaya uyğun olaraq, Azərbaycan ordusunun bölmələri 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu hadisə ilə əlaqədar Bakıda avtomobil yürüşü təşkil edilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobillər Heydər Əliyev Mərkəzindən başlayaraq Bakının mərkəzi küçələri ilə Şəhidlər Xiyabanına doğru hərəkət ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

8
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

8
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma