Özcan Dəniz, arxiv şəkli

Özcan Dəniz oğlunu almaq üçün mübarizəyə başlayıb

19
(Yenilənib 08:44 20.11.2020)
Özcan Dənizə meydan oxuyan və keçmiş ərinin sözlərinin yalan olduğunu deyən Feyza Aktana qarşı tərəfdən tutarlı cavab gəlib.

BAKI, 20 noyabr — Sputnik. Özcan Dəniz və keçmiş həyat yoldaşı Feyza Aktan arasında "sular durulmur".

Sputnik Azərbaycan xəbər verir ki, Özcan Dənizin keçmiş həyat yoldaşına "Evimi qəsb etdi" deməsindən sonra Feyza Aktan sosial şəbəkədən "hücuma" keçib. Oğlunun fotoları ilə Özcan Dənizə meydan oxuyan və keçmiş ərinin sözlərinin yalan olduğunu deyən Feyza Aktana qarşı tərəfdən tutarlı cavab gəlib. Özcan Dəniz məhkəməyə baş vuraraq, oğlunu öz himayəsinə götürəcəyini söyləyib.

Keçmiş həyat yoldaşına vəlayət davası açan Özcan Dəniz, oğlu Kuzeyi anasının əlindən alacağını bəyan edib.

Sosial media hesabından oğlunun fotosunu paylaşan Özcan Dəniz yazıb: "Qorxma oğlum. Atan səni zalımların əlindən alacaq. Qarşımızda uzun bir yol var...". 

19
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

19
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

19
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai
Здание МИД Франции

Rəsmi Parisdən bəyanat : Fransa "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımır

64
(Yenilənib 00:45 27.11.2020)
Fransa Xarici İşlər Nazirliyi bəyan etdi: Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır

BAKI, 27 noyabr - Sputnik. Rəsmi Paris “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir.

“25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bir daha xatırladıb – Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib.   

64
Teqlər:
Azərbaycan XİN, Milli Məclis, Dağlıq Qarabağ, Fransa, Paris