İşıq dirəyi, arxiv şəkli

Azad edilmiş ərazilərdə strateji obyektlərin elektrik təchizatı ilə bağlı işlər aparılır

15
(Yenilənib 19:12 19.11.2020)
“Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda”

BAKI, 19 noyabr — Sputnik. Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirir. Bu barədə "Azərişıq" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Bildiirlib ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində dəyən zərəri aradan qaldırır və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarəetmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, 35 kV ÖİN naqillərdən istifadə etməklə elektrik veriliş xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər görür. Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə elektrik enerjisi ilə təmin olunub.

"Əmin edirik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün "Azərişıq" ASC Dövlət başçısının müvafiq tapşırıqlarını ən qısa vaxtda layiqincə yerinə yetirəcək", - deyə qurumdan verilən məlumatda bildirilib.

 

15
Teqlər:
Hadrutun azad edilməsi, Cəbrayılın azad olunması, "Azərişıq" ASC, elektrik
Hadisə yerində

İranlı nüvə alimin ölümündə yeni detallar

4
Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var.

BAKI, 30 noyabr — Sputnik. İranın nüvə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan silah İsraildə istehsal olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı mənbəyə istinadən xəbər verir.

"Terrorun törədildiyi ərazidən toplanan silahın fraqmentlərində İsrailin hərbi sənayesinin texniki xüsusiyyətləri və loqosu var".

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

İran alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

4
Teqlər:
İsrail, İran, Məhəmməd Cavad Zərif, Həsən Ruhani, Tehran, iranlı, alim, qətl
 Rusiya sülhməramlıların Xankəndində hospitalı

Rusiya sülhməramlıları Xankəndində hospital açıb

5
(Yenilənib 14:45 30.11.2020)
Hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var

BAKI, 30 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı yaradıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Pnevmokarkas modulların yerləşdirilməsi başa çatıb. İlk növbədə biz sülhməramlı kontingentin tibbi təminatını həyata keçirəcəyik. Biz dinc əhaliyə də yardım etməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik", - deyə tibbi bölmənin rəisi Yaroslav İvanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hospitalda reanimasiya şöbələri, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat bölməsi, stomatologiya və oftalmologiya kabinetləri var: "Hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var".

5
Teqlər:
laboratoriya, Rusiya, sülhməramlılar, Xankəndi