Şirvan-Muğan qrup su kəməri

"Azərsu" ASC vədinə əməl etdi - Neftçalaya içməli su verildi

5
(Yenilənib 19:10 19.11.2020)
Neftçala rayonunun kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərindən rayon ərazisinə ikinci magistral su

BAKI, 19 noyabr — Sputnik. Bu aydan Neftçala şəhərinə yeni mənbədən keyfiyyətli və dayanıqlı içməli suyun verilməsinə başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, 2020-ci ilin iyun ayında icrasına başlanmış layihəyə əsasən, şəhərə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin Salyan şəhəri yaxınlığından keçən hissəsindən Neftçala şəhərinə qədər 560 mm diametrli polietilen borularla 40 km uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Magistral xəttin inşası mürəkkəb coğrafı ərazidə həyata keçirilib. Kəmərin 16 nöqtədə magistral və kənd yolları, 18 nöqtədə isə müxtəlif suvarma və drenaj kanalları ilə kəsişmələrində keçidlər quraşdırılıb. Tikintinin ən mürəkkəb hissəsi Kür çayı ilə kəsişmədə aparılıb və bu məqsədlə xüsusi metal konstruksiyalarla 262 metr uzunluğunda asma körpü inşa edilib.

  • Şirvan-Muğan qrup su kəməri
    © Photo: AZERSU OJSC
  • Şirvan-Muğan qrup su kəməri
    © Photo: AZERSU OJSC
  • Şirvan-Muğan qrup su kəməri
    © Photo: AZERSU OJSC
1 / 3
© Photo: AZERSU OJSC
Şirvan-Muğan qrup su kəməri

Magistral xəttə ötürülən suyun idarə olunması məqsədilə kəmər üzərində 25 ədəd təxliyə, 34 ədəd vantuz, 14 ədəd siyirtmə quraşdırılıb. Neftçala şəhərinin su təchizatındakı vəziyyət nəzərə alınaraq inşaat işləri bir neçə tikinti briqadası tərəfindən eyni vaxtda paralel aparılıb. Nəticədə kəmərin tikintisi nəzərdə tutulduğu vaxtdan 1 ay əvvəl başa çatdırılıb.

Tikini-quraşdırma işləri başa çatdıqdan sonra kəmər yuyulub-dezinfeksiya edilərək Neftçala şəhərinin mövcud paylayıcı şəbəkəsinə birləşdirilib və noyabr ayının əvvəllərində suyun verilməsi təmin edilib. Artıq Neftçala şəhərinin sakinlərinin içməli su təchizatı mərkəzləşdirilmiş şəbəkə vasitəsilə yeni mənbədən aparılır. Neftçala şəhəri və ətraf kəndlərin dayanıqlı su təchizatı məqsədilə kəmərin tikintisi ilə paralel olaraq həcmi 7500 kubmetr olan su anbarı da inşa edilib. Salyan rayonu ərazisində relyef baxımından yüksəklikdə inşa edilən anbar suyun Neftçala rayonuna özüaxımlı rejimdə çatdırılmasına imkan verir.

Salyan-Neftçala magistral kəmərin istismara verilməsi modul tipli su təmizləyici qurğulara suyun maşınlar vasitəsilə daha yaxın məsafədən çatdırılmasına da imkan yaradıb.

Neftçala rayonunun kənd və qəsəbələrinin dayanıqlı içməli su ilə təmin edilməsi məqsədilə növbəti mərhələdə Şirvan-Muğan qrup su kəmərindən rayon ərazisinə ikinci magistral su kəmərinin inşası layihələndirilib. Yeni yaradılacaq infrastruktur hesabına Neftçala rayonunda 80 mindən çox sakinin keyfiyyətli və dayanıqlı içməli suya çıxışı təmin olunacaq.

Neftçala rayonunda quraşdırılan su rezervuarları
© Azersu Open Joint-Stock Company

Gələcəkdə Neftçala şəhərinin sovet dövründə tikilmiş və istismar müddətini başa vurmuş içməli və tullantı su şəbəkələrinin yenidən qurulması da nəzərdə tutulur. Layihəyə əsasən, Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli, 116 km tullantı su şəbəkələri yaradılacaq, məhsuldarlığı sutkada 4 000 kubmetr olan tullantı sutəmizləyici qurğu inşa olunacaq.

Qeyd edək ki, son illər müşahidə olunan quraqlıq səbəbindən 2020-ci ilin yay aylarında Kür çayında su səviyyəsinin azalması və Xəzər dənizi suyunun çay suyuna qarışması nəticəsində Neftçala şəhəri və rayonun 30-dan artıq kəndinə Kür mənbəyindən içməli suyun verilməsi dayandırılıb. Yaranmış problemin həlli məqsədilə "Azərsu", Fövqəladə Hallar Nazirliyi və Neftçala Rayon İcra Hakimiyyətinin birgə həyata keçirdiyi təxirəsalınmaz tədbirlər çərçivəsində əhalinin içməli suya olan tələbatı alternativ yolla ödənilirdi. Bu məqsədlə Salyan şəhərindən suyun daşınması üçün nəqliyyat vasitələri cəlb edilib və yaşayış məntəqələrində müvəqqəti su çənləri quraşdırılmışdır. Yeni kəmər istismara verildikdən sonra Neftçala şəhərinə maşınlarla suyun daşınması dayandırılıb.

5
Teqlər:
"Azərsu" ASC, su, Neftçala

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

7
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

7