Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, arxiv şəkli

Azərbaycan Rusiya hökumət başçıları arasında telefon danışığı olub

10
(Yenilənib 10:08 19.11.2020)
Bu gün Baş nazir Əli Əsədovla Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

BAKI, 18 noyabr - Sputnik. Noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabineti tərəfindən yayılıb.

Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə isə tərəflər telefon danışığı əsnasında Cənubi Qafqazda dəmir yolu infrastrukturunun inkişaf perspektivlərini də müzakirə ediblər.

“Cənubi Qafqazda nəqliyyat rabitəsinin normallaşdırılmasına dair qərarları nəzərə alaraq dəmir yolu infrastrukturunun inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıldı”, - məlumatda belə deyilir.

Söhbət əsnasında hökumət başçıları sənaye, kənd təsərrüfatı maşınqayırması, əczaçılıq və digər sahələrdə ortaq layihələrin həyata keçirilməsinə xüsusi diqqət çəkərək ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin aktual tərəflərini müzakirə ediblər.

10
Teqlər:
Cənubi Qafqaz, kənd təsərrüfatı, Rusiya hökuməti, Nazirlər Kabineti, Əli Əsədov
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

1
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

1
Baş nazir Əli Əsədov

İşğaldan azad olunmuş ərazilərlə bağlı konsepsiya Nazirlər Kabinetində müzakirə edilib

4
Videomüşavirədə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

 

BAKI, 28 noyabr — Sputnik. Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

4
Teqlər:
işğaldan azad edilmiş ərazilər, baş nazir, Əli Əsədov, Nazirlər Kabineti