Dövlət Baxçalı, arxiv şəkli

Azərbaycanla Türkiyə iki dövlət bir ürək olub zülmü devirdi - Dövlət Baxçalı

16
(Yenilənib 10:43 18.11.2020)
Dövlət Baxçalı: Arzumuz Dağlıq Qarabağı bütünlüklə təmizləmək və təcavüzkar Ermənistanı vətən torpaqlarının hər zərrəsindən qazıyıb atmaqdır.

BAKI, 18 noyabr — Sputnik. Türkiyə və Azərbaycan əl-ələ verərək iki dövlət bir ürək oldu və zülmü devirdi.

Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli Türkiyə Böyük Millət Məclisində qəbul olunan Azərbaycana türk hərbçilərin göndərilməsi ilə bağlı qanuna münasibət bildirərkən deyib. 

"Bununla da Azərbaycanın arxasında dayandığımızı bir daha göstərdik. Arzumuz Dağlıq Qarabağı bütünlüklə təmizləmək və təcavüzkar Ermənistanı vətən torpaqlarının hər zərrəsindən qazıyıb atmaqdır", – deyə Baxçalı qeyd edib.

Siyasi lider 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış razılaşmaya da öz münasibətini bildirib. Atəşkəsin mahiyyətini və texniki məsələləri bəzi qüvvələrin mübahisə mövzusuna çevirmək cəhdinin əməliyyatın nəhəng strateji ölçülərini ört-basdır etməyə qadir olmadığını deyən Baxçalı "Azərbaycan Respublikası apardığı hərbi mübarizənin nəticəsindən siyasi vasitə kimi istifadə etməyi bacardı, regional və qlobal balansı qoruya bildi və ordusunun taktiki üstünlüyü sayəsində beynəlxalq nüfuz qazandı", – deyib.

"Türkiyə və Azərbaycan əl-ələ verərək iki dövlət bir ürək oldu və zülmü devirdi", – deyən Bahçelinin sözlərinə görə, 28 ildir dondurulmuş münaqişə zonası olan Dağlıq Qarabağın öz zəncirlərindən əhəmiyyətli dərəcədə qurtulması möhtəşəm uğur hekayəsi kimi tarixə düşdü.

16
İranda Möhsün Fəxrizadəni öldürdüyü yer

ABŞ İran vahid mövqedə: Hər ikisi alimin ölümündə İsraili günahlandırır

19
(Yenilənib 14:36 28.11.2020)
İranlı fizik Möhsün Fəxrizadənin İsrail tərəfindən öldürdüyünü düşünən Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

BAKI, 28 noyabr — Sputnik. Birləşmiş Ştatların kəşfiyyat xidmətləri İsrailin İranın nüvə proqramının yaradıcılarından biri, iranlı fizik Möhsün Fəxrizadəni öldürdüyünü düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri yayıb.

Nəşrin məlumatına görə, adı çəkilməyən bir amerikalı məmur və kəşfiyyat orqanlarının iki əməkdaşı alimin öldürülməsinin arxasında İsrailin durduğunu bildirib.

Qəzet, həmçinin ABŞ-ın bu əməliyyat barədə əvvəlcədən məlumatlı olmasına dair dəqiq məlumatın olmadığını da qeyd edib.

Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.

İran da alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.

Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.

19
Teqlər:
Amerika Mərkəzi Kəşfiyyat İdarəsi, Mərkəzi Kəşfiyyat İdarəsi, Ağ Ev, nüvə, İsrail, İran, ABŞ

Hadrutda aşkarlanan ikona Bakıya gətirildi - FOTOLAR

9
Rus Pravoslav Baş Kafedral Kilsəsində ("Jen Mironosits" pravoslav kafedral kilsəsi) Hadrutdan tapılan ikonanın təntənəli şəkildə Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilməsi mərasimi keçirilib. Daha ətraflı - Sputnik Azərbaycan-ın fotolentində.

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan ordusunun istifadə etdiyi ağır texnikanın təmiri ilə məşğul olan "Turan" şirkətinin direktoru Səfər Səfərli erməni işğalından azad olunmuş Hadrut qəsəbəsindən tapılmış və üzərində İsa Məsihin təsviri olan ikonanı Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verib.

Səfərli bildirib ki, ikona Hadrutda aparılan təmir işləri vaxtı aşkar olunub. Dini atribut tamamilə təsadüfən palçığın içindən tapılıb. İkona təmizlənrək Bakıya gətirilib ki, kilsəyə təhvil verilsin.

"Azərbaycanda həm islam, həm də xristian dininin müqəddəs atributlarına eyni dərəcədə hörmətlə yanaşılır", - deyə Səfərli qeyd edib.

İkona Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı üzrə arxiyepiskopu Aleksandra təhvil verilib. O isə öz növbəsində əmin edib ki, dini atribut Bakı Provaslav Kilsəsində layiqli yerini tutacaq.

Kilsə əməkdaşlarının sözlərinə görə, ikonanın təxminən 150 yaşı var. Onun üzərinə xüsusi texnika ilə əlində kitab tutmuş İsa Məsihin təsviri həkk olunub. Kitabın üzərindəki yazı qədim slavyan dilində yazılıb və orada bu sözlər öz əksini tapıb: "Ey ehtiyac və dərd sahibləri, mənə tərəf gəlin, sizi əbədi rahatlığa qovuşduracağam".

9
  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    "Turan" şirkətinin direktoru Səfər Səfərli Hadrutda tapılan ikona ilə.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atribut Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verilib.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı.