QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Daha bir tarix müəllimi şəhid oldu

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçid Azərbaycan hərbçiləri, arxiv şəkli
 Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

BAKI, 18 noyabr — Sputnik. Gəncə şəhəri M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin tarix müəllimi Rəşad Məmmədov Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook"da yazıb. O bildirib ki, R.Məmmədov 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 51 bal toplamışdı və Gəncə şəhər 16 nömrəli tam orta məktəbə tarix müəllimi təyin olunmuşdu. Allah rəhmət eləsin!

Xəbər lenti
0