Artsrun Ovannisyan

Naməlum şəxslər Artsrun Ovannisyana hücum ediblər

18
(Yenilənib 19:48 17.11.2020)
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan Facebook-da dünən gecə naməlum şəxslərin hücumuna məruz qaldığını yazıb.

BAKI, 17 noyabr — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan dünən gecə naməlum şəxslərin hücumuna məruz qalıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ovannisyan öz "Facebook" səhifəsində yazıb.

Ovannisyan hücum edən şəxslərə cavab verib. O bildirib ki, noyabrın 9-dan təhdidlər alır, lakin indi hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib.

"Mən heç kimdən qorxmuram, heç kimi özümə düşmən bilmirəm. Lakin qisas çağırışları və təhdid davam etdiyindən mən polisə müraciət etmək məcburiyyətindəyəm".

Qeyd edək ki, Azərbaycan ərazilərində ciddi məğlubiyyətə uğrayandan sonra Ermənistan rəsmiləri müxtəlif hücumlara məruz qalır və hədələnirlər. 

18
Teqlər:
Ermənistan ordusu, Ermənistan, Artsrun Ovannisyan

Zəngilan rayonunun Qaragöz kəndi - VİDEO

2
(Yenilənib 13:28 08.03.2021)
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan Qaragöz kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər

BAKI, 8 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inan tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayırlar.

1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kəndi Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər.

2
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Zəngilan, Azərbaycan, Qarabağ
Polis əməkdaşı Qarabağda, arxiv şəkli

Qarabağa icazəsiz gedən azərbaycanlılar saxlanıldılar - FOTO

5
Polisin saxladığı şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbirlər görülüb.

BAKI, 8 mart - Sputnik. Səhərə yaxın Füzuli rayonu ərazisində polis işçilərinin sayıqlığını yoxlamağa cəhd edənlər saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 7-də gecə saat 5 radələrində DİN-in polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 avtomobildə olan 4 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli RPŞ-yə gətirilib.

© AR Ministry of Internal Affairs
İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçməyə çalışan Beyləqan sakinləri

Araşdırmalarla onların Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri S.Teymurlu, H.Şirinov, C.Əşrəfli və F.Əbilov olmaları müəyyən edilib. Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, DİN müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması və buna görə də belə hərəkətlərdən çəkinmələri barədə dəfələrlə xəbərdarlıq edib.

5
Teqlər:
Beyləqan, Füzuli, işğaldan azad edilmiş ərazilər, Qarabağ