Nikol Paşinyan, arxiv şəkli

Paşinyan hərbi sənaye komitəsinin sədrini işdən çıxardı

28
(Yenilənib 15:42 16.11.2020)
Artak Davtyan bu vəzifəyə iyulun 17-si təyin olunmuşdu. Daha əvvəl o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

BAKI, 16 noyabr — Sputnik. Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi sənaye komitəsinin sədri Artak Davtyan tutduğu vəzifədən azad edilib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə sərəncamı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.

Qeyd edək ki, Artak Davtyan bu vəzifəyə iyulun 17-si təyin olunmuşdu. Daha əvvəl o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Ətraf mühit məsələləri üzrə nazirinin müavini İrina Kaplanyan istefa verib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ordu hissələrini Qarabağdan Yerevana çağırıb: "Bu gün ön cəbhədə əsgərlərin əks olunduğu onlarla videoya baxdım. Uşaqlar, siz haqlısınız. Sizi Yerevanda gözləyirəm. Gəlin, divar dibində ulayanlarla məsələni həll edək. Sizinlə fəxr edirəm", – deyə Paşinyan öz "Facebook" səhifəsində yazıb.

Xatırladaq ki, Yerevan məhkəməsi ötən gün həbs edilmiş müxalifət liderlərini azadlığa buraxıb.

Bu bəyanatdan narahat olan erməni ekspertlər Ermənistanda vətəndaş müharibəsi təhlükəsinin əlamətlərinin olduğunu qeyd ediblər. Paşinyan özünə sadiq ordu hissələrini paytaxta yığmağa başlayır.

28
Teqlər:
Yerevan, Ermənistan, Nikol Paşinyan
Co Bayden, arxiv şəkli

Pentaqon hakimiyyətin Baydenə ötürülməsi prosesində iştirakını təsdiqlədi

2
Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

BAKI, 24 noyabr — Sputnik. ABŞ Müdafiə Nazirliyi hakimiyyətin Co Baydenə verilməsi proseduruna başlanılması barədə məlumat aldığını açıqlayıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata görə, Pentaqon bu barədə açıqlama yayıb.

Bundan əvvəl ABŞ Federal Hökuməti Ümumi Xidmətlər İdarəsi (GSA) faktiki olaraq Baydenin seçkidə qazandığı qələbəni tanıyıb və prezident səlahiyyətlərinin ötürülməsi prosesinə başlamağa hazır olduğunu bildirib.

Pentaqondan o da qeyd olunub ki, departament artıq GSA və Baydenin nümayəndələri ilə əlaqə yaradıb.

"Nazirlik, prezident səlahiyyətlərinin ötürülməsi ilə bağlı qanuna uyğun olaraq, Ümumi Xidmətlər İdarəsinin rəhbərinin Bayden və Harrisin keçici qərargahına müəyyən resurslar və xidmətlər təqdim etdiyinə dair məlumat alıb. Biz də dərhal dəstək planımızı həyata keçirməyə başlayacağıq (Bayden qərargahına –red.)", – deyə Pentaqonun açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də baş tutsa da, hələlik rəsmi nəticə elan olunmayıb. ABŞ KİV-lərinin yaydığı məlumata görə, demokratların namizədi Bayden qələbə qazanmaq üçün kifayət qədər səs toplaya bilib. Bir sıra dünya liderləri artıq onu təbrik ediblər.

Seçkinin nəticəsi ilə razılaşmayan hazırkı prezident Donald Tramp isə rəqibini "səsləri oğurlamaqda" ittiham edib.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasiminin 2021-ci ilin yanvar ayının 20-də baş tutması gözlənilir.

2
Teqlər:
prezident seçkiləri, Pentaqon, Donald Tramp, Co Bayden

Azərbaycanın xarici ticarət göstəriciləri

1
İxracat sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşları İtaliya, Türkiyə, Rusiya, Yunanıstan, Çin və Hindistandır. İdxal sahəsində isə ölkəmiz daha çox Rusiya, Türkiyə, Çin, ABŞ, Almaniya və Fransa ilə əməkdaşlıq edir.
© Sputnik / Elnur Salayev

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin xarici ticarət dövriyyəsi 17,83 milyard dollar təşkil edib ki, bunun 10 milyard dolları ixracın, 7,8 milyard dolları isə idxal məhsullarının payına düşür. Müsbət ticarət saldosu 2.2 milyard dollara bərabər olub.

Bu dövrdə Azərbaycan məhsullarının əsas satış bazarı – İtaliya (29,5%), Türkiyə (19,9%), Rusiya (4,7%), Yunanıstan (4,1%), Çin (4%) və Hindistan (3,4%) olub. Ölkəmiz isə daha çox Rusiya (18.4%), Türkiyə (14.4%), Çin (13%), ABŞ (6.7%), Almaniya (4.3%) və Fransadan (4,2% ) ticarət məhsulları idxal edib.

Yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycan ümumilikdə dünyanın 178 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın xarici ticarəti ilə bağlı vəziyyətə dair daha geniş məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiniz.

1