Yerevanda etirazlar, arxiv şəkli

Paşinyana sui-qəsddə günahlandırılan komandirin tərəfdarları məhkəmə qarşısına toplaşıb

10
(Yenilənib 14:40 15.11.2020)
Sisyan könüllü dəstəsinin komandiri Aşot Minasyanın yüzə yaxın tərəfdarı Yerevanda Şenqavit Rayon Məhkəməsinin qarşısına toplaşaraq liderlərinə dəstək verirlər. 

BAKI, 15 noyabr - Sputnik. Yerevanda yüzə yaxın adam məhkəmə binasının qarşısına toplaşıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, könüllü dəstə komandiri Aşot Minasyanın yüzə yaxın tərəfdarı Yerevanda Şenqavit Rayon Məhkəməsinin qarşısına toplaşaraq liderlərinə dəstək verirlər. 

Ermənistan Milli Təhlükəsizlik Xidməti şənbə günü Baş nazir Nikol Paşinyana siyasi rəqibləri tərəfindən sui-qəsd cəhdinin olduğunu bildirib.

Sisyan könüllü dəstəsinin komandiri Aşot Minasyan da daxil olmaqla bir neçə nəfər cinayət əməllərində şübhəli bilinərək saxlanılıb.

Məlumata görə, hazırda məhkəmə binasının qarşısına toplanan tərəfdarlar sakit davranır, şüarlar səsləndirmirlər.

10
Teqlər:
Ermənistanın baş naziri Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan Milli Təhlükəsizlik Xidməti

Azərbaycanda bir gündə 314 nəfər COVID-19-a yoluxub

3
Azərbaycanda indiyədək ümumilikdə 235647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229267 nəfər müalicə olunaraq sağalıb

BAKI, 4 mart — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 314 yeni yoluxma faktı qeydə alınıb, 124 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235647 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229267 nəfər müalicə olunaraq sağalıb, 3232 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.

Ölkədə son sutka ərzində 9183, hazırkı dövrədək isə 2627991 test aparılıb.

3
BMT Baş Assambleyasının iclası, arxiv şəkli

Bayramovun məktubu BMT Baş Assambleyası Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb

11
(Yenilənib 15:07 04.03.2021)
Məktubda vurğulanıb ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi bu ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ilin 22 fevral tarixində BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin mina və digər partlayıcı sursatlar ilə kütləvi çirklənməsindən irəli gələn ciddi təhlükə və Ermənistanın minalanmış ərazilər ilə bağlı müvafiq məlumatı verməkdən imtina etməsinə dair məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məktubda münaqişədən sonrakı dövrdə Azərbaycanın azad edilmiş ərazilərində mina və digər partlayıcı sursatların mövcudluğunun azərbaycanlı hərbiçilərin və mülki şəxslərin sağlamlığına ciddi təhlükə olduğu qeyd olunub. Bildirilib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonrakı dövrdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində mina partlayışı nəticəsində 9 mülki şəxs daxil olmaqla, 15 vətəndaş həyatını itirib və 8 mülki şəxs daxil olmaqla, 65 vətəndaş ciddi yaralanıb.

Məktubda vurğulanıb ki, Azərbaycanın azad edilmiş ərazilərinin minalarla kütləvi şəkildə çirklənməsi bu ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə ciddi maneələr yaradır.

C.Bayramov BMT Baş katibinin diqqətinə çatdırıb ki, Ermənistan minalanmış ərazilər ilə bağlı dəqiq məlumatın verməkdən imtina etməklə beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini ciddi şəkildə pozur. Burada, həmçinin vurğulanıb ki, Ermənistan tərəfindən basdırılmış minaların insan həyatına son qoyması müharibə cinayətidir.

11
Teqlər:
Azərbaycan XİN, xarici işlər naziri, Ceyhun Bayramov