İğdırda bölgənin erməni quldur dəstələrindən azad olunmasının yüzüncü ildönümü qeyd edildi

© Photo : AZƏRTACİğdır şəhərində tədbir
İğdır şəhərində tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
Ülkü Demirkol: Böyük güclər tərəfindən Osmanlı dövlətinə qarşı silahlandırılan erməni quldur dəstələri bölgədə türk-müsəlman əhaliyə qarşı ağlasığmaz cinayətlər törədiblər.

BAKI, 15 noyabr — Sputnik. Türkiyənin İğdır şəhərində bölgənin erməni quldur dəstələrindən azad olunmasının yüzüncü ildönümü münasibətilə tədbir keçirilib.

Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, mərasim Zübeydə xanım prospektindəki Atatürk heykəli önünə əklil qoyulması ilə başlanıb.

Əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İğdırın azadlığa qovuşması ilə bağlı mesajı oxunub.

Sonra İğdır bələdiyyəsi sədrinin müavini Ülkü Demirkol Öcal çıxışında yüz il əvvəl yaşanan acı tarixdən danışıb. Diqqətə çatdırılıb ki, böyük güclər tərəfindən Osmanlı dövlətinə qarşı silahlandırılan erməni quldur dəstələri bölgədə türk-müsəlman əhaliyə qarşı ağlasığmaz cinayətlər törədiblər. Yerli əhali bölgənin düşməndən azad etmək üçün böyük əzmkarlıq göstərib.

Bədii proqramdan sonra mərasim iştirakçıları Azərbaycan və Türkiyə bayraqları ilə şəhərin mərkəzi küçələrində yürüş ediblər.

Xəbər lenti
0