Adnan Oktar, arxiv şəkli

Adnan Oktara 1365 ilə qədər həbs cəzası tələb olundu

34
(Yenilənib 18:56 13.11.2020)
Təşkilatla birbaşa əlaqəsi olan xeyli sayda kişi şübhəliyə isə cinsi zəmində törətdikləri cinayətlərə görə 63 ildən 396 ilə kimi həbs cəzasının verilməsi istənilib.

 

BAKI, 13 noyabr — Sputnik. Mütəşəkkil cinayətkar təşkilatın lideri Adnan Oktara 150 ildən 1365 ilə qədər həbs cəzası tələb olunur. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadən yaydığı məlumata görə, məhkəmə müzakirələri zamanı təşkilatın liderləri olduğu iddia olunan 13 təqsirləndirilən şəxsə də 5 ildən 12 ilə qədər həbs cəzasının verilməsi tələb olunub. Bundan başqa, təşkilatla birbaşa əlaqəsi olan xeyli sayda kişi şübhəliyə cinsi zəmində törətdikləri cinayətlərə görə 63 ildən 396 ilə kimi həbs cəzasının verilməsi tələbi ilə çıxış edilib.

Xatırladaq ki, Adnan Oktar 2018-ci ilin iyul ayında qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı cinayət əməlləri törətmək, mütəşəkkil cinayətkar təşkilat yaratmaq və s. cinayət əməllərində ittiham olunaraq həbs edilmişdi. Polislər tərəfindən İstanbulun Çəngəlköy ərazisindəki evində həbs edilən Adnan Oktar, xüsusilə də "kediciklər" olaraq bilinən və təşkilat içində şərti adları "bacılar" olan qadınlarla birlikdə apardığı televiziya proqramları ilə tanınmışdı. Etdiyi çıxışlarda "İslami yaradılış" adını verdiyi nəzəriyyəsini müdafiə edən Oktar haqqında 1999-cu ildən bu günə kimi mütəşəkkil cinayətkar təşkilat yaratmaq ittihamı ilə dəfələrlə cinayət işi açılsa da, o, həbs olunmamışdı.

34

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

18
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

18
Teqlər:
Fransa
Ziyarətçilər Mixail Nesterovun sərgisində, arxiv şəkli

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

13
Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

BAKI, 28 noyabr — Sputnik. Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.

13
Teqlər:
rus, hərrac, London, rəssam