CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabaha hava proqnozu açıqlandı

© Sputnik / Murad OrujovВид на Баку с Каспийского моря
Вид на Баку с Каспийского моря - Sputnik Azərbaycan
Abunə olmaq
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

BAKI, 13 noyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Noyabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər lenti
0