CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə məşhur olan azərbaycanlı aktrisa ərə gedir

© Photo : Instagram / yasakelmafoxАзербайджанская актриса Несрин Джавадзаде встречается с известным турецким актером Гёкханом Алканом
Азербайджанская актриса Несрин Джавадзаде встречается с известным турецким актером Гёкханом Алканом - Sputnik Azərbaycan
Abunə olmaq
"Yasak elma" serialında saxta sevgili obrazını canlandıran cütlük bir müddət öncə "Instagram" hesabından sevgilərini bəyan ediblər

BAKI, 13 noyabr — Sputnik. Aktrisa Nəsrin Cavadzadə sevgilisi Gökhan Alkanı ailəsi ilə tanış edib.

Sputnik Azərbaycan xəbər verir ki, cütlük ötən gün restoranların birində görüntülənib. Nəsrinin ana və atası da onların yanında olub.

Eyni serialda rol alan Alkan və Cavadzadə münasibətlərini ciddiləşdirmək qərarına gəliblər. Aktyor jurnalistlərin suallarına "Artıq sözə ehtiyac yoxdur" cavabını verib.

Cavadzadənin həmkarı Talat Bulut "Nəsrin ərə gedir, sizdən qaçır. Gerisini siz tapın" sözlərini deyib.

Qeyd edək ki, Nəsrin Cavadzadə  və sevgilisi Gökhan Alkan azərbaycanlıların da sevə-sevə izlədiyi "Yasak elma" serialında rol alıblar. Sözügedən serialda saxta sevgili obrazını canlandıran cütlük bir müddət öncə "Instagram" hesabından sevgilərini bəyan ediblər.

Xəbər lenti
0