Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşdü

© AR Ministry of DefenceZakir Həsənov və Rüstəm Muradov arasında görüş
Zakir Həsənov və Rüstəm Muradov arasında görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlə komandanın görüşündə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

 

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

Xəbər lenti
0