SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan üzə çıxdı

© © Photo / official site of the President of RAПрезидент Армен Саркисян встретился с премьер-министром Николом Пашиняном
Президент Армен Саркисян встретился с премьер-министром Николом Пашиняном  - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu gün səhər saatlarında Prezident Armen Sarkisyanın Baş nazir Nikol Paşinyanla görüşü baş tutub",

BAKI, 12 noyabr — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında Prezident Armen Sarkisyanın Baş nazir Nikol Paşinyanla görüşü baş tutub", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər Ermənistandakı vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, ötən gün Ermənistanda müxalifət liderlərinin əksəriyyəti həbs olunub. Paşinyan isə Azərbaycan və Rusiya ilə birgə bəyanatı imzalayandan sonra iş yerinə getmirdi. Çünki Baş nazirin ofisi müxaliflər tərəfindən dağıdılmışdı.

Xəbər lenti
0