Donald və Melaniya Tramp, arxiv şəkli

Bağda ərik var idi…

105
(Yenilənib 22:51 09.11.2020)
Omarosa Nyumen onu da bildirib ki, Sloveniya mənşəli keçmiş model Melanya Tramp boşanmaq məqsədilə məhkəməyə müraciət etmək üçün Ağ Evdən köçmələrini gözləyir.

BAKI, 9 noyabr — Sputnik. Melanya Tramp boşanmaq üçün məhkəməyə müraciət edəcək.

Amerika Birləşmiş Ştatlarında prezident seçkisinin rəsmi nəticələri hələ elan olunmasa da artıq hazırkı prezident Donald Trampın Co Baydenə məğlub olduğu açıqlanıb. Tramp "Twitter"dən qəzəbli tvitlər yağdıraraq Baydenin onun səslərini oğurladığını iddia edir. Birinci ledi Melanya Tramp isə seçki prosesi boyunca həyat yoldaşına dəstək olsa da, hazırkı prezidentin məğlubiyyətindən sonra boşanmaq üçün məhkəməyə müraciət edəcəyi gözlənilir. Bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Sputnik Azərbaycan-ın Türkiyənin "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Trampın keçmiş köməkçisi Omarosa Maniqault Nyumen cütlüyün 15 illik evliliyininin sona çatdığını iddia edərək "Melanya boşanmaq üçün dəqiqələri sayır" şəklində açıqlama verib. Trampın noyabr ayında gözlənilmədən istefa edən köməkçisi onu da bildirib ki, ümumiyyətlə, cütlüyün nikahı çox qəribə olub və Tramp Melanyaya həyat yoldaşından çox qul kimi münasibət göstərib.

"Mən Donald və Melanya cütlüyünü yenicə görüşməyə başladıqları vaxtdan tanıyıram. 17 illik münasibətləri dövründə Tramp bəzən öz həyat yoldaşı ilə qul kimi davranıb. Bir neçə dəfə jurnalistlərin qarşısında Melaninin Trampın əlini tutmaq istəməməsi də bunu sübut edir".

Omarosa Nyumen onu da bildirib ki, Sloveniya mənşəli keçmiş model Melanya Tramp boşanmaq məqsədilə məhkəməyə müraciət etmək üçün Ağ Evdən köçmələrini gözləyir.

Qeyd edək ki, bir qədər əvvəl CNN İnternational-ın gizli mənbəyə istinadən yaydığı xəbərdə isə bildirilirdi ki, Trampın yaxın çevrəsi – kürəkəni və müşaviri Cared Kuşnerlə, həyat yoldaşı Melani Tramp onu prezident seçilən Co Baydenin qələbəsini qəbul etməyə çağırıblar. Trampın oğulları isə əksinə, ona təzyiq göstərərək seçkinin nəticəsini qəbul etməməsini istəyiblər ki, nəticədə də ailədə fikir ayrılığı yaranıb.

105
Xəritə, arxiv şəkli

Tsakurinin Hünərli, Quşçubabanın isə Baharlı adlandırılması təsdiqlənib

1
(Yenilənib 19:06 25.11.2020)
Prezident "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

BAKI, 25 noyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.

Prezident İlham Əliyev həmçinin "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılıb.

1
Teqlər:
təsdiq, qanun, Xocavənd, Xocalı

Qarabağdakı hava limanları ICAO reyestrinə daxil ediləcək

2
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

 

BAKI, 25 noyabr — Sputnik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

Sputnik Azərbaycan bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq, AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

2
Teqlər:
Xocalı hava limanı, hava limanı, AZAL