Evdə xəstə

Koronavirusun xeyri varmış: Qrip yoxa çıxır

22
(Yenilənib 16:13 09.11.2020)
Quşların köç yollarının cənub-şərq Çin əyalətlərindən keçdiyini, yüksək rütubət, qışda orta dərəcədə isti, əhalinin sıxlığı və bir çox quşçuluq təsərrüfatlarının olduğunu deyən ekspert bildirib ki, bu, virusların inkişafı və mutasiyası üçün əlverişli şərait yaradır.

BAKI, 9 noyabr — Sputnik. Dünyanın COVID-19-la mübarizəsi fonunda qrip yoxa çıxıb. Demək olar ki, qripə yoluxanların sayı azalıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Moskva Fizika və Texnologiya İnstitutunun biofizika və canlı sistemlər fizikası kafedrasının dosenti Oleq Batışev bildirib ki, maska ​​rejimi, sosial distansiya və digər epidemiya əleyhinə tədbirlər təkcə koronavirus deyil, digər tənəffüs yolları viruslarına da təsir edib.

Bundan başqa bir çox insan koronavirus infeksiyası qorxusu ilə qripə qarşı peyvənd edilib.

Özünü təcrid etmə rejimi COVID-19-dan daha çox mövsümi qripin yayılmasının qarşısının alınmasına təsir edib.

Bu barədə danışan həkim allergeloq Andrey Prodeus bildirib ki, yay bağırsaq infeksiyalarının yayılması azalıb:

"Bu, insanların şəxsi gigiyena qaydalarına daha çox əməl etməsi nəticəsində meydana gəlib".

Digər ekspert Pavel Volçkov isə əlavə edib ki, Çin ilə nəqliyyat əlaqələrinin müvəqqəti dayandırılması da nəticə verib.

Asiya ölkəsində ənənəvi olaraq yeni qrip növləri formalaşır. Quşların köç yollarının cənub-şərq Çin əyalətlərindən keçdiyini, yüksək rütubət, qışda orta dərəcədə isti, əhalinin sıxlığı və bir çox quşçuluq təsərrüfatlarının olduğunu deyən ekspert bildirib ki, bu, virusların inkişafı və mutasiyası üçün əlverişli şərait yaradır.

"Rospotrebnadzor"dan epidemiya mövsümü yeni başladığı üçün Rusiyada qripin fəaliyyəti barədə nəticə çıxarmaq üçün hələ tez olduğu bildirilib.

22
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Ən böyük qazancımız qan tökülməsini dayandırmaq oldu"

0
(Yenilənib 17:15 24.11.2020)
Rusiya prezidenti ölkəsinin Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərdiyini bildirib.

BAKI, 24 noyabr — Sputnik. Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Dağlıq Qarabağda dostlarımız Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının həlak olmasına səbəb olan hərbi əməliyyatların dayandırılması üçün böyük səy göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Ən böyük qazancımız qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli razılaşması ilə atəşkəsi bərqərar etmək oldu", – deyə o bildirib.

0
Teqlər:
Vladimir Putin, Rusiya, Ermənistan, müharibə, Qarabağ, Dağlıq Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

4
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

4