Erməni qüvvələrinin açdıqları atəşdən sonra Gəncədə vəziyyət

Ermənistan silahlı qüvvələrinin cinayətləri ilə bağlı 4 cinayət işi başlanılıb

16
(Yenilənib 16:40 06.11.2020)
Ermənistan silahlı qüvvələrinin Ordumuza qarşı törətdiyi cinayətlərlə əlaqədar Hərbi Prokurorluğun İstintaq İdarəsində başlanmış 4 cinayət işi üzrə döyüş şəraitində mümkün olan bütün zəruri istintaq hərəkətlərinin aparılmasının zəruriliyi vurğulanıb.

BAKI, 6 noyabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiya iclası keçirilib.

Sputnik Azərbaycan Prokurorluğun məlumatına istinadla xəbər verir ki, iclasda cari ilin 27 sentyabr tarixində erməni hərbi birləşmələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi intensiv atəşə məruz qoymalarına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə işğalçı Ermənistana qarşı bütün cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatına başlanmaqla qısa müddət ərzində qəhrəman ordumuzun əzmi və şücaəti nəticəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və Hadrut qəsəbəsi də daxil olmaqla ümumilikdə 200-dən artıq yaşayış məntəqələrinin işğaldan azad edilməsi, döyüş əməliyyatlarının gedişində düşmən ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmənin çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalması vurğulanıb.

Dövlət başçısının müvafiq fərmanı ilə ölkəmizdə hərbi vəziyyət elan olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrin önəmi diqqətə çatdırılıb. Və Ermənistan silahlı birləşmələrinin beynəlxalq hüquqla qəbul edilmiş normaları kobudcasına pozaraq münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrimizi atəşə tutması, dinc mülki əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, eləcə də digər cinayətlərlə əlaqədar başlanmış 51 cinayət işi üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün mümkün olan zəruri tədbirlərin görülməsinin, aidiyyəti qurumlarla birlikdə bütün hüquqi mexanizmlərdən istifadə edilməklə beynəlxalq təşkilatlara müraciətlər olunmasının vacibliyi qeyd edilib.

Eyni zamanda, ölkə başçısının "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 29 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işi üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilmiş, dağıdılmış tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın müəyyən edilməsi məqsədilə zəruri göstərişlər verilib.

İclasda işğal olunmuş ərazilərdə erməni silahlı qüvvələrinin tərkibində digər ölkələrdən cəlb edilmiş muzdlu şəxslərin döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə hərtərəfli və intensiv istintaq-əməliyyat hərəkətlərinin yerinə yetirilməsinə dair tapşırıqlar verilib.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin Ordumuza qarşı törətdiyi cinayətlərlə əlaqədar Hərbi Prokurorluğun İstintaq İdarəsində başlanmış 4 cinayət işi üzrə döyüş şəraitində mümkün olan bütün zəruri istintaq hərəkətlərinin aparılmasının zəruriliyi vurğulanıb.

İclasda həmçinin, silahlı qüvvələrimizin apardığı əməliyyatlarla bərabər vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilib.

Aparılmış müzakirələr ətrafında Baş prokurorun birinci müavini Elçin Məmmədov, Azərbaycan Respublikasının Hərbi prokuroru-Baş prokurorun müavini Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi-Baş prokurorun müavini Nazim Rəcəbov, Bakı şəhər prokuroru İlqar Abbasov və digər Kollegiya üzvləri çıxış edərək gündəlikdə duran məsələlərə dair təkliflərini bildiriblər.

Kollegiya iclasında qeyd edilənlərlə yanaşı işin təşkilinə dair digər məsələlər üzrə də faydalı müzakirələr aparılmaqla müvafiq qərarlar qəbul edilib.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı uğurların ölkə başçısının həm siyasi, hərbi, diplomatik, həm də iqtisadi sahədə apardığı məqsədyönlü fəaliyyətinin nəticələri olduğunu diqqətə çatdırmaqla prokurorluq orqanlarının üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

3
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

3
Ermənistan parlamenti

Ermənistan parlamentində dava düşdü, qadın kişi deputatlar bir-birinə qarışdı - VİDEO

15
(Yenilənib 20:04 26.11.2020)
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zohrabyan: "Paşinyan Azərbaycanda cizgi filmlərinin qəhrəmanına çevrilib".

BAKI, 26 noyabr - Sputnik. Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Sputnik Ermənistan-ın məlumatına görə, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.

Son nöqtə "Çiçəklənən Ermənistan"ın deputatı Naira Zohrabyana ünvanlanan irad olub. Zohrabyan Paşinyanın Azərbaycanda cizgi filmlərinin qəhrəmanı olduğunu söylədikdə, Danielyan ona irad tutub: "Siz də Azərbaycanda superulduzsunuz."

Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib. Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

 

15
Teqlər:
Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan