Milli Məclisin iclası, arxiv şəkli

Milli Məclis bu gün toplaşacaq

11
(Yenilənib 10:57 06.11.2020)
"Təhsil haqqında", "Peşə təhsili haqqında", "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında" və digər qanunlarda dəyişikliklər ediləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 noyabr — Sputnik. Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

"Təhsil haqqında", "Peşə təhsili haqqında", "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunlarda dəyişikliklər ediləcək.

Meşə, Torpaq, Mülki, Əmək, Ailə məcəllələrində, "Hərbi qulluqçuların statusu haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Avtomobil yolları haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Dövlət qulluğu haqqında", "Psixiatriya yardımı haqqında", "Onkoloji yardım haqqında", "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tibbi sığorta haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

11
Teqlər:
qanun, torpaq islahatı, torpaq, peşə təhsili, "Peşə təhsili haqqında" qanun layihəsi, Azərbaycan Milli Məclisi, Milli Məclis
Vergilər nazirliyi

Vergi ödəyicilərinin yeni qeydiyyat üsulunu öyrənmək istəyənlərin nəzərinə

12
(Yenilənib 18:58 21.06.2021)
Dövlət Vergi Xidməti 2021-ci ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərin sayı barədə məlumat yayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb.

BAKI, 21 iyun — Sputnik. 2021-ci ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.260.629 vergi ödəyicisinin 87,7%-i fiziki, 12,3%-i faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Sputnik Azərbaycan Dövlət Vergi Xidmətinin saytına istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb. Bunun da 94,3%-i fiziki, 5,7%-i isə hüquqi şəxslərin hesabına baş verib.

2021-ci ilin son üç ayında (mart, aprel və may ayları) ardıcıl olaraq qeydə alınan vergi ödəyicilərinin sayında artım müşahidə edilməkdədir.

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayı artıb

Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (97,9%) kommersiya qurumlarının hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 7,7% artaraq 138.803, qeyri-kommersiya qurumlarının sayı isə 1,4% artaraq 15.793 vahid təşkil edib. Cari ilin 5 ayında 4.573 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,2% çoxdur. Yanvar-may aylarında kommersiya qurumlarının dövlət qeydiyyatının 83,3%-i elektron qaydada, 16,7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında həyata keçirilib.

Bu ilin ötən dövrü ərzində ilkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 910 hüquqi şəxsin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib ki, bu da ümumi qeydiyyatın 20%-i deməkdir. Yanvar-may aylarında qeydiyyatdan keçmiş 4.573 kommersiya qurumundan 4.214-ü yerli investisiyalı, 359-u isə xarici investisiyalı qurumlardır. Yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayı 56,1% artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91,7% təşkil edib.

Bu ilin ilk 5 ayında fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 4.676 vahid təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 9,8% artıb. Fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayında isə müvafiq olaraq 14,8%-lik artım müşahidə edilir. Hesabat dövründə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayında ötən illə müqayisədə 1% azalma qeydə alınıb. Bu azalma, həmçinin, fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayında da (4,6 faiz) müşahidə edilir.

2021-ci il iyunun 1-nə qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,2%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyəti, 1,3%-i kooperativ və s. formalarda yaradılıb. Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,6%-i kommersiya qurumlarıdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 14,3% artıb, xüsusi çəkisi isə 59% olub. Kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,3% artaraq 24.574 vahid təşkil edib.

Cari ildə yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 746 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 313 vahid və ya 72,3% çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,3%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9% təşkil edib.

16.121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib

2021-ci il iyunun 1-dək 16.121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib. Bunlardan 10.787-nin fəaliyyəti aktivdir, 4.472-nin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib. Hesabat dövründə fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb. Qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,2%-i xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 78,1%-i məhdud məsuliyyətli cəmiyyət, 1,1%-i səhmdar cəmiyyəti və kooperativ, 2,6%-i isə digər təşkilati-hüquqi formalardadır. Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçmiş 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29%-i ticarət, 27%-i xidmət, 13,1%-i tikinti, 30,9%-i digər sahədə fəaliyyət göstərir.

Bu ilin may ayında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin 35-i Türkiyə, 7-i İran, 6-sı Pakistan, 3-ü Rusiya investisiyalı hüquqi şəxslərdir.

2021-ci il iyunun 1-nə 285 publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Aktiv vergi ödəyicilərinin sayı artır

Qeyd edək ki, 2021-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.240.652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167.992 vahid və ya 115,7% artıb ki, bunun da 94,6%-i fiziki şəxslərin, 5,4%-i hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.

2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.

Cari ilin I rübündə 2.714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2253-ü (83%) elektron qaydada, 461-i isə (17%) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Cari ilin I rübündə 2.494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25%-lik artım deməkdir.

Fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib

2021-ci ilin I rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artıb. 2021-ci ilin I rübündə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3.682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% azalıb. Fəaliyyətini passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8% azalıb.

2021-ci ilin I rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.788 vahid çox olub.

Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4%-i kommersiya qurumlarıdır. Ümumiyyətlə,136.997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb.

2021-ci ilin I rübündə kommersiya qurumlarının 83%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91%-ə yaxın olub.

Yeni qeydiyyat üsuluna maraq artır

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.

2021-ci ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16.066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

12
İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalayıb

Azərbaycanda fəaliyyət göstərən icmalar Şuşa Bəyannaməsinə münasibət bildirdi

11
(Yenilənib 18:54 21.06.2021)
Şuşa bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir.

BAKI, 21 iyun — Sputnik. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif icmalar Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair qədim mədəniyyət paytaxtında imzalanmış 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsini böyük razılıq hissi ilə qarşılayırlar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın Ukrayna Konqresinin idarə heyətinin sədri Yuri Osadçenkonun, Dağ Yəhudiləri Bakı Dini İcmasının sədri Milix Yevdayevin, Avropa Yəhudiləri Bakı Dini İcmasının sədri Aleksandr Şarovskinin, Gürcü Yəhudiləri Bakı Dini İcmasının sədri Zamir İsayevin imzaladığı bəyanatlarda bildirilib ki, bu ölkədə hər kəs müstəqil Azərbaycan dövlətini öz doğma Vətəni hesab edir, əmin-amanlıq və rifah şəraitində yaşayır:

"Bizim övladlarımız işğal altında olan torpaqların azad olunmasında yaxından iştirak etməklə öz vətənləri olan Azərbaycan qarşısında mənəvi vəzifələrini yerinə yetiriblər".

Qeyd edilib ki, Şuşa bəyannaməsi Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımından mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycanda fəaliyyət göstərən bütün icmalar müstəqil xarici siyasət həyata keçirən iki dövlət tərəfindən imzalanan, müttəfiqlik münasibətlərinin siyasi-hüquqi mexanizmlərini müəyyənləşdirən, Şuşa Bəyannaməsini dəstəkləyir və Azərbaycanın yanında olduqlarını bəyan edirlər.

11