Hadrut, arxiv şəkli

İşğaldan azad olunan yerlərin yenidən qurulma planları hazırlanır

25
(Yenilənib 17:23 05.11.2020)
İşğaldan azad olunan şəhərlərin və digər yaşayış məntəqələrinin yenidənqurulması və gələcək inkişafının əsasını təşkil edən baş planlar və digər ərazi planlaşdırılması sənədlərinin işlənməsi ilə bağlı Komitə tərəfindən müvafiq hazırlıq işləri aparılır

BAKI, 5 noyabr — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yaponiyanın Azərbaycanda səfiri Cuniçi Vadan ilə görüşüb. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Komitə sədri Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və təcavüzə məruz qalmış öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə səfirə məlumat verib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz tərəfindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə apardığı anti-terror və sülhə məcburetmə əməliyyatarı nəticəsində işğaldan azad olunan şəhərlərin və digər yaşayış məntəqələrinin yenidənqurulması və gələcək inkişafının əsasını təşkil edən baş planlar və digər ərazi planlaşdırılması sənədlərinin işlənməsi ilə bağlı Komitə tərəfindən müvafiq hazırlıq işləri aparılır.

Səfir Cuniçi Vada Azərbaycanda beynəlxalq hüququn tələbinə uyğun olaraq tezliklə sülhün bərqərar olunacağına inandığını bildirib, Yaponiyanın ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bir çox sahələrdə mövcud olan əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə iki ölkənin müvafiq dövlət orqanları və digər aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması və təşkili sahəsində əməkdaşlığın inkişafı, o cümlədən layihələndirmədə və şəhər həllərində aparıcı informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

25
Teqlər:
Yaponiya, Azərbaycan, plan, yenidənqurma, işğaldan azad edilmiş ərazilər

Nümayişçilər Parisi dağıdır: 130 minlik aksiya iğtişaşlarla müşayiət olunur

18
(Yenilənib 00:36 29.11.2020)
Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz aksiyalarında 130 mindən çox adam iştirak edib. 

BAKI, 29 noyabr — Sputnik. Fransada informasiya azadlığına dəstək aksiyalarında 130 mindən çox adam iştirak edib. 

Sputnik Azərbaycan xəbər veiri ki, bu barədə BFMTV telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Ümumilikdə ölkədə "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin 24-cü maddəsinə etiraz əlaməti olaraq Fransada 70 nümayiş keçirilib. Nümayişçilər sözügedən maddədə polis və jandarmların çəkilişlərinin aparılmasına qadağa qoyulmasına etiraz edirlər. Onlar bunu ölkədə informasiya azadlığının boğulması kimi qiymətləndirirlər.  

Parisdə dinc aksiyalar şəklində başlayan nümayişlər sonra kütləvi iğtişaşlarla əvəz olunub. Polis və jandarmeriya nümayişçilərə qarşı gözyaşardıcı qaz bombalarından və su şırnağından istifadə edirlər. 

Qeyd edək ki, çərşənbə axşamı, Fransa Milli Assambleyası "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib. Qanun layihəsinin 24-cü maddəsində "polis və jandarmın sifətinin və identifikasiyasının digər elementlərinin" onların "fiziki və psixi toxunulmazlığına açıq-aşkar zərər yetirmək məqsədilə" yayılmasına görə 1 il müddətinə həbs cəzası və ya 45 min avro cərimə nəzərdə tutulur.

Jurnalist həmkarlar ittifaqları və müxalifət bu normanın tətbiqindən sonra jurnalistlərin və vətəndaşların nümayişlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarının işlərini sərbəst şəkildə qeyd ala bilməyəcəklərindən qorxaraq buna qarşı çıxırlar. Hökumət isə dəfələrlə əmin etməyə çalışıb ki, qanun layihəsi jurnalistlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çəkilişlərini qadağan etməyəcək.

18
Teqlər:
Fransa
Ziyarətçilər Mixail Nesterovun sərgisində, arxiv şəkli

Rus rəssamın çəkdiyi ikona Londonda ağlasığmaz qiymətə satılıb

13
Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

BAKI, 28 noyabr — Sputnik. Rus rəssam Mixail Nesterovun (1862-1942) "Əllə hazırlanmayan xilaskar" ikonası "Bonhams" hərrac evi tərəfindən təşkil olunan rus incəsənəti nümunələri alqı-satqısında 56,5 min funt sterlinqə satılıb.

Sputnik Azərbaycan xəbər verir ki, rus rəssamının əsərinə verilən məbləğ satışı üçün təxmin olunan qiymətdən demək olar ki, iki dəfə az olub.

Hərrac kataloqunda deyildiyi kimi, ikona Nesterovun Moskvadakı Marfo-Mariinski Mərhəmət Monastırının qərb fasadını bəzədiyi mozaikanın daha kiçik bir versiyasıdır.

Hərracın ən qiymətli, 75,25 min funt sterlinqə satılan əsəri Mixail Larionovun (1881-1964) "Balıq və gül natürmort"u olub.

Eyni qiymətə "Karl Faberje" zərgərlik şirkətinin nefrit, qızıl və platindən düzəltdiyi saat satılıb. Aleksandr Moravovun (1878-1951) 1910-cu ildə çəkdiyi "Heyvanların su içdiyi yerdə" rəsminə isə alıcı 69 min funt sterliq pul ödəyib.

13
Teqlər:
rus, hərrac, London, rəssam