CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İzmirdə möcüzə baş verib: Üç aylıq körpə ağlayaraq öz yerini xilasedicilərə bildirib

© REUTERS / TUNCAY DERSINLIOGLUМестные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире
Местные жители и официальные лица ищут выживших в обрушившемся здании после сильного землетрясения в Измире  - Sputnik Azərbaycan
Abunə olmaq
Rza Bəy Apartamentinin dağıntıları altında uşaq səsi eşidən xilasetmə qrupu onu sağ çıxarmağa nail olub.

BAKI, 3 noyabr — Sputnik. Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan üç aylıq körpə 90 saat sonra xilas edilib.

Sputnik Azərbaycan Hürriyet-ə istinadla xəbər verir ki, onun həyatda qalması möcüzədir.

Zəlzələ bölgəsində axtarışlar və xilasertmə işləri davam etdirilir. Rza Bəy Apartamentinin dağıntıları altında uşaq səsi eşidən xilasetmə qrupu onu sağ çıxarmağa çalışıblar. Nəticədə üç aylıq bir körpə zəlzələdən 91 saat sonra sağ-salamat xilas edilib.

Qeyd edək ki, oktyabrın 30-u və 31-də Egey dənizi bölgəsində, İzmirdə əvvəl 6.9, sonra 5 və 6,5 bal gücündə bir neçə zəlzələ olub. Bu günədək zəlzələdə həlak olanların sayı 102-yə yüksəlib. Təbii fəlakət nəticəsində xəsarət alanların sayı 994-a çatıb. Hazırda 147 şəxs xəstəxanada müalicə alır.

Xəbər lenti
0