Mişel Baçelet, arxiv şəkli

BMT ermənilərin mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərdən narahatdır

39
(Yenilənib 10:53 03.11.2020)
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Dağlıq Qarabağ münaqişəsi zonasında və onun xaricində yaşayış sahələrinə edilən zərbələrin hərbi cinayətlər kimi təsnif edilə biləcəyini söyləyib.

BAKI, 3 noyabr — Sputnik. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Dağlıq Qarabağ münaqişəsi zonasında və onun xaricində yaşayış sahələrinə edilən zərbələrdən narahat olduğunu bildirib və bunların hərbi cinayətlər kimi təsnif edilə biləcəyini söyləyib.

Sputnik Azərbaycan xəbər verir ki, Ali Komissar sentyabrın sonlarında münaqişənin kəskinləşməsindən bəri BMT-nin dəfələrlə tərəfləri mülki itkilərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə, həmçinin məktəb və xəstəxanalar da daxil olmaqla, mülki infrastruktura zərbə vurmamağa çağırdığını xatırladıb. Buna baxmayaraq, evlər dağıdılıb, küçələr xarabalığa çevrilib.

O, yaşayış sahələrinin fərq qoyulmadan atəşə tutulmasının beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayıb:

"Belə hücumlar dərhal dayandırılmalı, müvafiq əmrləri verənlər və ya yerinə yetirənlər isə məsuliyyətə cəlb edilməlidir".

Qeyd edək ki, sentyabrın 27-dən bəri Ermənistan silahlı qüvvələri dəfələrlə Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirib, nəticədə Azərbaycanın azı 91 mülki vətəndaşı öldürülüb, bir neçə yüz nəfər yaralanıb, mülki infrastruktur, tarixi və mədəniyyət abidələri və nəqliyyat vasitələri əhəmiyyətli dərəcədə ziyan görüb.

39
Teqlər:
Azərbaycan, Ermənistan, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Dağlıq Qarabağ, BMT
Əlaqədar
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...
BMT-nin sabiq Baş katibinin xanımı: "Azərbaycan xalqı ilə həmrəyəm"
BMT Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına ümidvardır
Hacıyev BMT TŞ-nin münaqişə ilə bağlı hazırladığı bəyanat layihəsinə münasibət bildirib
Ermənilərin Bərdədə törətdiyi terrorla bağlı BMT-nin Uşaq Fonduna müraciət edildi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

Mehriban Əliyevanın o füsunkar geyiminin müəllifi kimdir?

3
(Yenilənib 20:59 21.06.2021)
Amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilən bu brenddə üsyankar ruh, avanqard və azadlıq notları var.

BAKI, 21 iyun — Sputnik. Azərbaycanın vitse-prezidenti, Azərbaycan Respublikasının prezidentinin xanımı Mehriban Əliyeva öz zövqlü geyimləri ilə hər kəsi valeh edir. O, bir çox moda jurnalları və portallarda dünyanın ən zövqlə geyinən First lady-ləri arasında ön sıralarda yer alır.

Onun bu il mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il dönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən geyindiyi boz rəngdə plaş isə moda dünyasında geniş müzakirələrə səbəb olub. Hər kəs Azərbaycanın birinci xanımına bu geyimin çox yaraşdığını, zərif görünüşünü tamamladığını qeyd edir.

Sputnik Gürcüstan həmin plaşın hansı brenddən olduğunu araşdırıb. Məlum olub ki, Mehriban Əliyevanın geyindiyi həmin boz plaşın müəllifi Gürcüstanın "Situationist" brendidir.

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət ediblər
"Gürcüstanın sosial şəbəkəsinin istifadəçilərinin diqqətini xanım Əliyevanın Gürcüstan brendindən boz rəngli bir plaş geyməsi çəkib. Geyim öz lakonikliyi və "Situationist" xas asimmetrikiyi ilə seçilir. İlham Əliyev və Mehriban Əliyevanın fotolarını gürcü brendinin özü də sosial şəbəkədə paylaşıb", - deyə məlumatda bildirilir.

"Situationist" brendi dizaynerlər İrakli Rusadze və David Qiorqadze tərəfindən 2015-ci ildə yaradılıb. Onların işi məşhur amerikalı model Bella Hadid və digər məşhurlar tərəfindən yüksək dəyərləndirilib.

"Situationist" brendində üsyankar ruh, avanqard və azadlıq notları var. Hazırda İrakli Rusadze "Situationist" üçün yeni modellərin hazırlanması üzərində işlərini davam etdirir.

Qeyd edək ki, Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva bu ilin mayın 9-da faşizm üzərində tarixi Qələbədən 76 il dönümü münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərkən bu geyimi geyinib.

 

3
Azərbaycan vətəndaşlarının testi

Üç yüzə yaxın əcnəbi Azərbaycan vətəndaşlığına qəbul olundu

2
(Yenilənib 20:37 21.06.2021)
Prezident İlham Əliyevin sərəncamı ilə həmçinin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri də vətəndaşlığa qəbul edilib.

BAKI, 21 iyun — Sputnik. Ölkə Prezidenti 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

Sputnik Azərbayan-ın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, sərəncamların icrası ilə bağlı Dövlət Miqrasiya Xidmətində və regional miqrasiya idarələrində andiçmə mərasimləri keçirilib: "Onlar tam hüquqlu Azərbaycan vətəndaşı kimi sosial, iqtisadi və digər bütün sahələrin imkanlarından yararlana biləcəklər".

Vüsal Hüseynov vətəndaşlığa qəbul və bərpa edilənlərdən 11 nəfərinin şəhid və qazi ailəsinin üzvləri olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmək istəyən şəxs Azərbaycan Respublikası ilə ikili vətəndaşlığın qarşısının alınması haqqında beynəlxalq müqaviləsi olan dövlətin vətəndaşı olarsa, belə dövlətin səlahiyyətli orqanının onun Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək niyyətinə olan münasibətini təsdiq edən sənəd təqdim etməlidir.

Əgər belə sənədin təqdim edilməsi müraciət edən şəxsdən asılı olmayan səbəblər üzündən mümkün deyilsə, şəxs ərizə-anketdə bunu mütləq göstərməlidir.

2