PUA Hermes 900, arxiv şəkli

"Azərbaycanın nümayiş etdirdiyi kadrlar Ermənistanın HHM sistemi olmadığını göstərir"

415
"Döyüşlərdə Azərbaycan ordusunun PUA-lardan istifadəsi kifayət qədər effektiv təsir bağışlayır. Hava hücumundan müdafiəyə lazım olduğu qədər əhəmiyyət verməyənlər indi bunun acı nəticəsi ilə üz-üzə qalıblar"

BAKI, 2 noyabr - Sputnik, Nikolay Protopopov. Müstəqil fəaliyyət göstərmək xüsusiyyəti, idarə olunan raket silahları və hava hücumundan müdafiə qabiliyyəti – artıq rus hərbçiləri ilk "Orion" çoxməqsədli PUA-larına sahibdir. Mütəxəssislərin fikrincə, dronlar ordunun zərbə imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, pilotsuz hava xidmətini yeni səviyyəyə qaldıracaq. Bu cür cihazların müsbət və mənfi cəhətləri barədə – RİA Novosti-nin məqaləsində.

Maneələr qorxulu deyil

NTV kanalı bu yaxınlarda, çox güman ki, artıq döyüş tapşırığı almış texnikanı – iki idarəetmə maşını və üç "Orion" Pilotsuz Uçuş Aparatını (PUA) nümayiş etdirdi. Xatırladaq ki, Müdafiə Nazirliyi bu ilin avqust ayında ordunu uzun uçuş müddətinə sahib kəşfiyyat-zərbə PUA-ları ilə təchiz etmək üçün bir neçə müqavilə imzalayıb. Hələ yaz aylarından isə bu cür döyüş texnikasının ilk dəsti sınaq-döyüş istismarına verilib.

"Orion" göydə 24 saata qədər qala bilir. O, zahirən Amerikanın MQ-1 Reaper-ni xatırladır – ikisinin də qanadları uzun və ensizdir, quyruq hissəsi isə V hərfini bənzəyir. Bu PUA-lar yalnız hava kəşfiyyatı və hədəfi təyin etmək deyil, həm də raket və bomba zərbələri endirmək üçün nəzərdə tutulub. 200 kiloqrama qədər döyüş yükü götürmək qabiliyyətinə malik PUA-lar üçün məxsusi olaraq 25-100 kiloqram çaplı bir neçə döyüş sursatı hazırlanıb.

"Orion" ortaölçülü PUA-lar sinfinə aiddir, iri S-70 "Oxotnik"lə kəşfiyyatçı dronlar arasında yer tutur.

Konstruksiyasında kompozit materiallarından istifadə olunduğuna görə bu iriqabaritli dronun çəkisi cəmi bir tona yaxındır. Maksimum hündürlüyü 7,5 min metr, sürəti isə saatda 200 kilometrə barəbərdir. Uçuş operator tərəfindən radio kanalı vasitəsi ilə idarə olunur, siqnal məsafəsi isə 250 kilometrdir.

Cihaz ona görə unikaldır ki, düşmənin elektron müharibə sistemləri tərəfindən intensiv radio müdaxiləsi şəraitində belə döyüş meydanında fəaliyyət göstərə bilir. Göyərtəsindəki optik-elektronik sistem hədəfləri avtomatik olaraq təyin və müşayiət edir, həmçinin idarə olunan raketlərin uçuşunu tənzimləyir. PUA-ların "göz"ləri və "qulaq"ları – teploviziya və televiziya kameraları, lazerli məsafəölçən və hədəf təyinedicisidir. Bundan başqa, aparatda rəqəmsal video avadanlıqları və bir nəzarət radiolokasiya stansiyası üçün yer də nəzərdə tutulub.

"Orion" layihəsinin son nailiyyəti – "Sirius" iki tonluq zərbə dronudur. Dronun yayda hazırlanmış nümunəsi gələn il kütləvi istismara verilə bilər. Cihaz dünyanın, demək olar ki, hər yerindən uçuşa nəzarət etməyə imkan verən peyk-rabitə kompleksi ilə də təchiz ediləcək.

Dronların hücumu

Son illərdə pilotsuz təyyarələrdən dünyada baş verən silahlı qarşıdurmalarda getdikcə daha çox istifadə olunur. Hazırda Dağlıq Qarabağda gedən döyüşlər bunu bir daha sübut edir. Hərbi ekspert Aleksey Leonkovun sözlərinə görə, döyüşlərdə Azərbaycan ordusunun PUA-lardan istifadəsi kifayət qədər effektiv təsir bağışlayır: "Hava hücumundan müdafiəyə lazım olduğu qədər əhəmiyyət verməyənlər indi bunun acı nəticəsi ilə üz-üzə qalıblar. Azərbaycanın nümayiş etdirdiyi kadrlar Ermənistan ordusunun ümumiyyətlə belə sistemlərə sahib olmadığını göstərir. Əgər onlar bu sahəyə diqqət yetirsəydilər, Azərbaycan PUA-ları bu qədər uğur qazana bilməzdi", – deyə ekspert vurğulayıb.

Bununla belə, mütəxəssis qeyd edir ki, PUA güclü müdafiə sistemləri ilə qarşı-qarşıya qaldıqda belə müəyyən taktikaların köməyi ilə onlara ciddi zərər verə bilər. Məsələn, hazırda ABŞ-da xüsusi konsepsiya əsasında dronlar hazırlanır. Eyni anda havaya qalxan onlarla belə dron düşmənin müdafiəsini yararaq zenit-raket sistemi radarlarını özlərindən yayındırmağa qadirdir.

"B-52 bombardmançısına 140 ədəd bu cür dron yerləşdirmək mümkündür", – deyə Leonkov qeyd edib. "Onlar hədəfi yayındıra bilir. Dronlar uçmağa başlayanda hava hücumundan müdafiə sistemi buna reaksiya vermək və deməli, döyüş sursatından istifadə etmək və öz yerini bildirmək məcburiyyətində qalır. Həmin məqamda isə zərbə aviasiyası əldə olunmuş koordinatlar əsasında fəaliyyətə keçir".

Rus ordusu bir neçə növ insansız hava aparatı ilə işləyir ki, bunlar da, bir qayda olaraq, kəşfiyyat və hədəf təyin etmək üçün hazırlanmış kompakt avadanlıqdır. Məsələn, hazırda Rusiya PUA-ları Suriyadakı Hmeymim aviabazasının ətrafında fasiləsiz olaraq keşik çəkir.

Psixoloji effekt

Rusiyanın əməkdar hərbi pilotu, general-mayor Vladimir Popovun qeyd etdiyi kimi, pilotsuz təyyarələrin ən böyük üstünlüyü əməliyyat zonasından on kilometr uzaqlıqdan düşmənə hücum edən şəxsi heyətin təhlükəsizliyinin təmin olunmasıdır. Bundan başqa, PUA-lar döyüş təyyarələrinin səmərəliliyini kəskin şəkildə artırır. "Məsələn, əgər kiçik bir dron əməliyyat-taktiki raket sistemini müəyyən edərsə, onu bir zərbə ilə təkbaşına məhv etmək mümkün deyil", – deyə Popov bildirir. "Bunun üçün tam təchizatlı təyyarələrə ehtiyac var. Ancaq bu qurğular bir neçə raket və ya bomba atmaqla rəqibin psixikasını alt-üst etməyə qadirdir. Bundan sonra PUA-dan ötürülən koordinatlar əsasında eyni tipli ikinci bir aparat, ya da hərbi helikopter, yaxud təyyarə havaya qalxaraq işi tamamlayır", – deyə mütəxəssis qeyd edir.

Etiraf etmək lazımdır ki, hazırda PUA-lardan istifadədə amerikalılar daha böyük uğura imza atıblar. Onlar 1960-cı illərdən bəri dronlardan kəşfiyyat məqsədi ilə istifadə edirlər. Vyetnam müharibəsində pilotsuz uçuş aparatları, əsasən, foto-kəşfiyyat məqsədi ilə bir neçə min uçuş həyata keçirib.

1990-cı illərdə Pentaqon "Predator" adlı çoxməqsədli pilotsuz təyyarələri əldə etdiyi zaman onlardan yalnız kəşfiyyat məqsədi ilə deyil, həm də yerdəki obyektlərə dəqiqliklə zərbə endirmək üçün istifadə etməyə başladı. Bosniya, İraq, Əfqanıstan, Liviya və Suriyada – ABŞ-ın iştirak etdiyi bütün hərbi qarşıdurmalarda bu "hava yırtıcıları" iş başına olub.

PUA-ların inkişaf etdirilməsi proqramı keçmiş SSRİ-də də mövcud idi. Hələ 1960-cı illərdə sovet konstruksiyaları pilotsuz aparatların bir neçə növünü işləyib-hazırlamışdılar ki, onlardan biri də La-17R-dir.

Həmin aparatlar yerdən qatı yanacaq sürətləndiriciləri vasitəsi ilə havaya qalxır, bundan sonra isə turboreaktiv mühərrik işə düşürdü. Uçuş yüksəkliyindən asılı olaraq aparat havada 30 dəqiqədən saat yarıma qədər qala və saatda 900 kilometr məsafə qət edə bilirdi.

Sovet müdafiə sisteminin daha bir uğurlu işi – "Strij" Tu141 əməliyyat-taktiki kəşfiyyat kompleksi idi. Saatda 1100 kilometrdən çox sürətə hərəkət edən bu qurğunun hündürlük diapazonu 50 metrdən 5 min metrə qədərdir.

Əsasən SSRİ-nin qərb sərhədindəki hərbi bazalarda saxlanılan "Strij"lər 1990-cı illərə kimi mövcud olub.

415
Teqlər:
ekspert, Dağlıq Qarabağ, dron, Rusiya, Azərbaycan, PUA
Əlaqədar
Havadakı türk PUA-larını dənizdə SİDA-lar əvəzləyəcək
Azərbaycanın endirdiyi PUA-nı Ermənistan ordusuna PKK verib?
Rusiya istehsalı olan "Pantsir" Amerika PUA-larını vurur
Müdafiə Sənayesi Nazirliyi "İti qovan" PUA-larının istehsalını davam etdirir
Rusiya 2021-ci ildə uzaqmənzilli zərbə dronları alacaq - General Dronov
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

2
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

2

Ağdamın işğaldan azad edilmiş Abdal Gülablı kəndləri necə görünür - video

4
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ictimaiyyəti işğaldan azad edilmiş ərazilərlə tanış etməyə davam edir.

Müdafiə Nazirliyi öz rəsmi internet səhifəsində Ağdam rayonunun işğaldan azad edilmiş Abdal və Gülablı kəndindən xüsusi videoreportaj paylaşıb.

Xocavəndin işğaldan azad olunan Domi kəndinin görüntüləri
YouTube / Azərbaycan Respublikası Müdafiə Nazirliyi

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanatın şərtlərinə artıq əməl olunur. Belə ki, Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasına qaytarılıb.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Xocavənd rayonunun işğaldan azad olunan Daşbaşı kəndindən videoreportaj>>

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

4