Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, arxiv şəkli

ABŞ-dakı səfirimiz Azərbaycana qarşı qərəzli iddialara cavab verdi

20
Səfir "Waşinqton Post" və digər mətbu orqanlarında yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də döyüşlərin başlamasından 1 ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 noyabr — Sputnik. ABŞ-ın Azərbaycandakı səfiri Elin Süleymanov "Washington Times" qəzetinə müsahibəsində son zamanlar bəzi mətbu orqanlarında guya Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək bunun sovet sayağı təbliğat olduğunu bildirib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır.

Səfir "Waşinqton Post" və digər mətbu orqanlarında yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də döyüşlərin başlamasından 1 ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb. "Azərbaycan Silahlı Qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur", - deyə səfir vurğulayıb.

E.Süleymanov təəssüflə bildirib ki, faktların yoxlanılmaması və "tənbəl" jurnalistika" bu kimi saxta iddiaların qərb mediasında yayılmasına səbəb olub.

Sözügedən məqalə ilə https://www.washingtontimes.com/news/2020/nov/1/elin-suleymanov-azerbaijan-ambassador-denies-syria/?fbclid=IwAR1v6-kdJPf-qhir3JJ6ek9BTAqATbYDERJRvuMdkO4OQC9PNJYmMeI4DBg internet səhifəsindən tanış olmaq mümkündür.

Eyni zamanda nüfuzlu "Neweek" jurnalına ABŞ-dakı president seçkilərini şərh edən səfir bildirib ki, Azərbaycan bu seçkilərdə tərəf tutmur, lakin seçkilərdən kimin qalib gələcəyindən asılı olmayaraq, gələcək administrasiya bölgəmizdə sülhün bərqərar edilməsi üçün obyektiv, qərəzsiz və balanslı vasitəçi olmalıdır. Səfir bu xüsusda Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun göstərdiyi təzyiqləri maneçilik törətdiyini bildirib.

20
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1136)

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

1
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

1
Здание парламента Азербайджанской Республики

"Təhsil haqqında" qanuna dəyişiklik edilir

3
(Yenilənib 15:41 30.11.2020)
Sənədə edilən dəyişikliklər qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur

BAKI, 30 noyabr — Sputnik. Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə onlayn iclasa qatılanları torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbrik edib. O, sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumlarına qarşı əks-hücuma başlayan müzəffər Ordumuzun tarixi qələbəsindən söhbət açıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasəti, güclü iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonunda kapitulyasiyaya məcbur edilməsinin xalqımıza xüsusi qürur yaşatdığını deyib. Bəxtiyar Əliyev şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə şəfa diləyib.

Onlayn iclasda Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qəbul etdiyi qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən ağır sanksiyalardan işğalçı dövləti qorumaq cəhdi olduğundan danışılıb.

Sonra komitədə "Təhsil haqqında" qanun layihəsinə dəyişiklik edilməsi barədə məsələ müzakirə edilib. Bəxtiyar Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, sənədə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Layihədə təhsil haqqında dövlət sənədlərinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən formalaşdırılmasının təklif edildiyi qeyd olunub.

Onlayn iclasda "Bədən tərbiyəsi və idman haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi" üzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

3