Erməni qüvvələrinin açdıqları atəşdən sonra Cəbraildə vəziyyət

Ermənistanın yaşayış məntəqələrimizə atdığı top mərmiləri aşkarlandı

19
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 2 ədəd mərminin döyüş başlığı, 1 ədəd 9N235 bombacığı, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları və Mingəçevir şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən 26 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən bir müraciət daxil olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı bu gün ANAMA məlumat yayıb.

Günortaya qədər Ağdama 130-dan artıq mərmi düşüb – video
© Sputnik / İbrahim Həşimov / Leyla Orucova

Bildirilib ki, daxil olmuş 27 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Minəxaorlu, Rəncbərlər kəndləri, Ağdam rayonunun Xındırıstan, Üçoğlan kəndləri, Bərdə rayonunun Qarayusifli, Yeni Daşkənd kəndləri, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Şükürbəyli kəndi, Haramı düzü adlanan ərazi, Horadiz şəhəri, Goranboy rayonunun Şahməmmədli, Meşəli kəndləri, Tərtər rayonunun Kəbirli, Seyidimli kəndləri, Narlıq qəsəbəsi, Axundov, E.Səfərov küçələri, Xocavənd rayonu ərazisi və Mingəçevir şəhəri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 2 ədəd mərminin döyüş başlığı, 1 ədəd 9N235 bombacığı, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

19

Qarabağdakı hava limanları ICAO reyestrinə daxil ediləcək

0
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

BAKI, 25 noyabr — Sputnik. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

Sputnik Azərbaycan bu barədə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) istinadən xəbər verir.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

Qeyd edilən hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq, AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.

Qeyd etmək lazımdır ki, ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.

Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.

Qeyd etməliyik ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.

Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcəkdir. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.

0
Teqlər:
Xocalı hava limanı, hava limanı, AZAL

Bayraqlarla küçələrdə: Bakıda Kəlbəcərin qaytarılmasını qeyd etdilər

1
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

Bakıda Kəlbəcər rayonunun erməni işğalından azad olunması münasibətilə avtoyürüş keçirilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş maşınlar şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 10-da  imzalanan razılaşmaya uyğun olaraq, Azərbaycan ordusunun bölmələri 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu hadisə ilə əlaqədar Bakıda avtomobil yürüşü təşkil edilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobillər Heydər Əliyev Mərkəzindən başlayaraq Bakının mərkəzi küçələri ilə Şəhidlər Xiyabanına doğru hərəkət ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

1
  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş