Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoruna həqiqətləri anladıb

16
(Yenilənib 11:32 31.10.2020)
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyətlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktorunu məlumatlandırıb.

BAKI, 31 oktyabr — Sputnik. Cenevrəyə işçi səfəri çərçivəsində nazir Ceyhun Bayramovun Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) baş direktoru Roberto Mardini ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tərəflər Azərbaycan ilə BQXK arasında uzun illərdir ki, mövcud olan əməkdaşlığı məmnunluqla qeyd ediblər.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan son vəziyyətlə bağlı qarşı tərəfi məlumatlandırıb. O, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalisinin və mülki infrastrukturunun bilərəkdən hədəfə alınması, qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulması və bu günədək mülki əhali arasındakı ağır itkiləri vurğulayıb.

Bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasının vacibliyi qeyd olunub.

16
Teqlər:
Azərbaycan xarici işlər nazirliyi, Azərbaycan XİN, Ceyhun Bayramov, Beynəlxalq Qızıl Xaç Komitəsi

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

9
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

9