Prezident İlham Əliyev, arxiv şəkli

“Biz döyüş meydanında ediriksə özümüz edirik” - İlham Əliyev

113
(Yenilənib 11:02 24.10.2020)
Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir.

BAKI, 24 oktyabr — Sputnik. “Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

“İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq”, - deyə dövlət başçısı bildirib.

113
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
Avropa Parlamentinin iclası, arxiv şəkli

Avropa Parlamenti Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul etdi

6
(Yenilənib 12:22 27.11.2020)
Bir oktyabr 2020-ci il tarixinə milli iqtisadiyyatda muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,681 milyon nəfərə çatıb.

BAKI, 27 noyabr — Sputnik. Avropa Parlamenti Avropa İttifaqı üzv dövlətlərini Aralıq dənizindəki davranışına görə Türkiyəyə qarşı sərt sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.

Banker.az xəbər verir ki, sənədlə bağlı səsvermə Avropa Parlamentinin Brüsseldəki plenar iclasında baş tutub.

Bildirilir ki, qətnaməyə 631, əleyhinə 3 deputat səs verib. "Parlament üzvləri Avropa Şurasını Türkiyənin qanunsuz fəaliyyəti ilə bağlı vahid mövqe tutmağa və buna cavab olaraq sərt sanksiyalar tətbiq etməyə çağırırlar", – sənəddə deyilir.

Qətnamə Türkiyənin Kiprin şimalındakı keçmiş Varoşa kurort zonasını açmaq qərarının bu problemin həlli perspektivlərini sarsıtdığını vurğulayır.

Eyni zamanda sənəddə Ankaranın Aralıq dənizi, Liviya və Suriyadakı hərəkətləri sayəsində Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətlərin "tarixi minimuma" çatdığı qeyd edilir. Avropa İttifaqı və Türkiyə münasibətləri 10-11 dekabr sammitində diqqət mərkəzində olan mövzulardan biri olacaq.

6
Teqlər:
Brüssel, plenar iclas, Kipr, Türkiyə, Avropa Parlamenti, Sanksiya
Tarix dərslikləri, arxiv şəkli

Qələbəmizdən sonra dərsliklərimiz belə dəyişəcək

11
(Yenilənib 12:10 27.11.2020)
"Dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Son günlərin ən çox  müzakirə edilən mövzularından biri də Qarabağda qazandığımız zəfərin dərsliklərdə öz əksini tapması ilə bağlıdır. Bununla bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər səslənsə də, dərsliklərdə Azərbaycanın şanlı döyüş salnaməsinin necə öz əksini tapacağına dair rəsmi fikir yoxdur. Sputnik Azərbaycan dərsliklərdə müharibə və qələbə mövzusunun necə və nə vaxtdan əks olunacağını araşdırıb. Mövzunu araşdırmazdan öncə qeyd edək ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrində "Qarabağ tarixi" dərsliyi ayrıca tədris olunur. Həmin dərsliyin Qarabağ işğaldan azad olunduqdan sonra dəyişdirilməsinə xüsusi ehtiyac olduğundan, Sputnik Azərbaycan 7-ci sinif "Qarabağ tarixi" dərsliyinin həmmüəllifi, elmlər doktoru Qasım Hacıyevlə söhbətləşib.

Q.Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Quruçay mədəniyyəti dövründən başlayaraq Qarabağla bağlı mövzular yığcam şəkildə hazırlanaraq çap edilib: “Burada Qarabağın xəritədə yerləşdiyi ərazilər, təbiəti, tarixi abidələr və ən mühüm hadisələrin şəkilləri verilib”. Onun sözlərinə görə, ilk çap edilən "Qarabağ tarixi" dərsliyi 90 min nüsxə, ikinci nəşrində 130 min Azərbaycan, 13 min rus bölməsi üçün çap olunub: “Dərslik ikinci dəfə dəyişildikdə, 2019-cu ildə aprel döyüşləri, Cocuq Mərcanlının bərpası əlavə olunub. Qeyd edim ki, Nadir şahdan bu günə Azərbaycanın işğal olunmuş bir qarış torpağı belə azad edilməyib. Ona görə də, bu tarixi zəfərə bütün dərsliklərdə, xüsusən də tarix dərsliklərində ayrıca yer verilməldiir. Bizə rayonlarımızın işğal tarixi, azad olunma tarixi, toponimlər məlumdur. Amma dərsliklərə nələrin salınması Təhsil Nazirliyi ilə məsləhətləşmədən sonra bilinəcək. Nazirlik necə məsləhət bilərsə, biz də həmin məlumatları dərsliklərə əlavə edəcəyik. Torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın döyüş tarixində ən şərəfli hadisədir. Qarabağın azadlığa çıxması xalqımız üçün fəxredici tarixdir. Qarabağın işğaldan azad edilməsi həyatımızın bütün sahələrinə - siyasi, iqtisadi, sosial və mədəni sahələrinə təsir edir. Ona görə də nəinki tarix, ictimai və humanitar fənlərə aid olan orta və ali məktəb dərsliklərində bu hadisələr əksini tapmalıdır. Çünki qeyd etdiyim kimi, bizim qələbəmiz xalqımızın, dövlətçiliyimizin tarixində mühüm hadisədir”.

Tarix fənni ilə bağlı əlavə vəsaitlərin müəllifi Hamlet Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ümumilikdə tarix fənni ilə bağlı konsepsiya hazırlanmalıdır: “Bizə tarixin mahiyyəti öyrədilməlidir. Təəssüf ki, sovet təhsil ideologiyası qalmaqdadır. Hazırda Ümumi tarix və Azərbaycan tarixi keçirilir. Amma elm olaraq vahid tarix elmi var. Ona görə də düşünürəm ki, tarix elm şəklində öyrədilməlidir. Türkiyədə İnqilab tarixi var. Aşağı sinifdən tədris edilir. Bizdə də  5-ci siniflərdə Azərbaycan tarixi qalmalıdır. 6-11 siniflərdə tarix elmi vahid şəkildə keçirilməlidir. 10-11-ci siniflərdə isə tarix dərsliyindən başqa, Vətən tarixi adlı dərslik nəşr olunaraq tədris edilməlidir”.

Həmsöhbətimiz deyir ki, tarix dərslikləri baş verən tarixi hadisələrlə bağlı müəyyən dövrdən bir dəyişdirilir, əlavələr edilir: “Məsələn, 10 il əvvəl çap olunan tarix dərsliyində Mübariz İbrahimovla bağlı məlumat yox idi. Amma son nəşrlərdə Aprel döyüşü, Mübariz İbrahimovla bağlı məlumatlar daxil olub. Qələbəmiz, Qarabağın işğaldan azad olunması da müəyyən paraqraflarla dərsliklərə əlavə oluna bilər. Qarabağ tarixi dərsliyinin əlavə çap olunması torpaqlarımız işğalda olduğu dövrlər üçün aktual idi. Qarabağı unutmamaq, torpaqlarımızın işğalda olması barədə dərsliklərdə ayrı-ayrı paraqraflarda tədris olunur. Qarabağla bağlı dərsliklərdə məlumatlar var. Amma artıq torpaqlarımız işğaldan azad edilib. Düşünürəm ki, Qarabağ tarixini ayrıca çap etməyə daha ehtiyac qalmır”.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın qələbəsi, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərə salınacaq. C.Valehov hələki bu dəyişikliyin hansı dərsliklərdə aparılacağı və sair məsələlərin tam dəqiqləşmədiyini söylədi: “Sosial şəbəkələrdə yazırlar ki, Tarix dərsliyinin üzərinə müharibədə qəhrəmanlıq edən topçunun şəkli vurulacaq. Qeyd edim ki, bunlar qeyri-rəsmi məlumatlardır. Hansı qəhrəmanımızın şəklinin harada olacağı barədə indidən qəti fikir söyləmək olmaz. Onların hər biri bizim üçün qəhrəmandır. Amma dərsliklərə müharibə tariximizlə bağlı nələrin əlavə ediləcəyi barədə müzakirə aparıldıqdan sonra qərar veriləcək. Müharibədə zəfər çalmağımız, Qarabağın işğaldan azad olunması mütləq şəkildə dərsliklərimizdə yer alacaq”. 

11
Teqlər:
Salnamə, Azərbaycan, döyüş, Qarabağ, dərslik, qələbə