"Azərbaycan demək Türkiyə deməkdir mənim üçün" - Orxan Gəncəbay

© AP Photo / Burhan OzbiliciТабло с флагами Азербайджана и Турции, фото из архива
Табло с флагами Азербайджана и Турции, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"İndi azərbaycanlı canlarımız, qardaşlarımız bu haqsızlığa qarşı uğurla mübarizə aparırlar və torpaqlarını azad edirlər. Biz bununla qürur duyuruq".

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan demək Türkiyə deməkdir mənim üçün, bizim üçün. Azərbaycan xalqı bizim öz xalqımızdır, özümüzdür. Biz eyni duyğuları paylaşırıq, eyni millətik və bundan qürur duyuruq.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyənin məşhur sənətçisi Orxan Gəncəbay Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinə Azərbaycanın haqq mübarizəsindən danışarkən deyib. Sənətçi Azərbaycanın yanında olduğunu ifadə edib:

"Biz tarix boyu bərabər olmuşuq. Azərbaycana illərdir edilən haqsızlığı yaxından izləyirik. Onun torpaqlarını, vətənlərini bölmək, işğal etmək kimi hərəkətlər hamımızı çox narahat edib. İndi azərbaycanlı canlarımız, qardaşlarımız bu haqsızlığa qarşı uğurla mübarizə aparırlar və torpaqlarını azad edirlər. Biz bununla qürur duyuruq. Ermənistanın etdiyi yanlışlıqları təəssüf ki, dünya bilsə də, səsini çıxarmır. Şübhəsiz, bunların hamısı siyasi səbəblərdən olur. Ancaq Azərbaycan xalqı haqlıdır və bu haqqını sonuna qədər müdafiə edəcək".

Orxan Gəncəbay Azərbaycan Ordusuna da dəstəyini dilə gətirib:

"Aslanlarımıza deyirəm ki, özlərinə diqqət etsinlər. Onlar dastan yazırlar. Savaş meydanında möhtəşəmdirlər. Kaş ki, sülhlə olardı bütün bunlar, ancaq demək ki, artıq belə gərəkdi. Onlar gərəkəni layiqli bir formada edirlər. Hamısının gözlərindən öpürəm, bağrıma basıram, hamısı bizim övladlarımızdır, canlarımız, aslanlarımızdır..."

Sənətçi Azərbaycanın qələbə qazanacağına inandığını bildirib:

"İnşallah, bütün bunlar bitəcək və hər şey çox yaxşı olacaq, Azərbaycanın lehinə olacaq. Azərbaycan xalqına ən dərin hörmətlərimi və sevgilərimi çatdırıram".

Xəbər lenti
0