Muğam Mərkəzi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

© Photo : REPORTМеждународном центре мугама в Баку
Международном центре мугама в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq Muğam Mərkəzi (BMM) Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

BAKI, 21 oktyabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzi (BMM) Ermənistanın Azərbaycana qarşı apardığı terror siyasətinin dayandırılmasına dair beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, BMM-in əməkdaşlıq etdiyi beynəlxalq qurumlara göndərdiyi müraciətdə deyilir: "Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində hərbi təxribat törətməsi və Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması, yaşayış məntəqələrinə ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar, mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəyir. Azərbaycanın beynəlxalq ictimaiyyətin hər iki tərəfə etdiyi hərbi fəaliyyəti dayandırmaqla bağlı çağırışlarına hörmət edərək, humanitar atəşkəs təşəbbüsünü qəbul etdiyi bir vaxtda, erməni silahlı qüvvələri atəşkəsin ilk günündə münaqişə zonasından təxminən 80 km aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücuma başladılar. Oktyabrın 11-i gecə saat 2-də Gəncənin əhalinin sıx yaşadığı ərazisini hədəfə alan bu dəhşətli hücum nəticəsində 4-ü qadın olmaqla 10 mülki şəxs həyatını itirdi, 6 uşaq və 16 qadın olmaqla 34 insan yaralandı. Bu qeyri-insani hərəkət nəticəsində 3 uşaq hər iki valideynini itirdi, 10-dan çox yaşayış binası və 100-dən çox mülki infrastruktur zərər gördü.

Müstəqil dünya mediasının (BBC, Euronews, France24, AlJazeera, TRTWorld) yayımladığı xəbərlərə istinadən, məqsəd yaxınlıqdakı hərbi hədəfləri vurmaq olmayıb. Belə ki, erməni raket hücumunun niyyəti məhz dinc və günahsız mülki vətəndaşlara qarşı qəsdən bir terror aktı törətmək idi. Belə vəhşi hərəkətə heç vaxt bəraət qazandırıla bilməz, çünki heç bir amil mülki şəxslərin qəsdən atəşə tutulmasına haqq qazandırmır.

Oktyabrın 16-dan 17-nə keçən gecə saatlarında atəşkəsi kobudcasına pozmaqda davam edən kriminal, terrorçu Ermənistan döyüş bölgəsindən tamamilə uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib. Mülki şəxslərin qətlə yetirilməsi, yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Dövlət səviyyəsində terror siyasəti həyata keçirən Ermənistanın Gəncəyə növbəti dəfə xaincəsinə ballistik raketlərlə hücumu nəticəsində 4-ü körpə uşaq olmaqla, 16 günahsız insan ölüb, 55-dən artıq vətəndaş yaralanıb. Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Burada tarixi əhəmiyyətli abidələr, kilsə və məscidlər Ermənistanın davamlı raket hücumları nəticəsində zərər görüb. Gəncə bölgənin mədəniyyət mərkəzlərindən biridir. Bura dahi Nizaminin vətənidir. Öz musiqi ənənəsi olan Gəncə həm də muğam sənətimizin beşiyidir. Gəncə Azərbaycan musiqisinə görkəmli adlar bəxş edən diyardır. Gəncə Filarmoniyası, Nizaminin məqbərəsi, 9-cu əsrin İmamzadə Məscidi, 19-cu əsr Aleksandr Nevski Pravoslav Kilsəsi Gəncənin mədəni həyatının ayrılmaz bir parçasıdır. BMM dəfələrlə Gəncədə böyük və təntənəli konsert və yubiley konsertləri təşkil edib. Gəncədə, həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Festivalının konsertləri, Muğam Televiziya Müsabiqəsinin konsertləri hər zaman böyük coşğu ilə qarşılanıb. Zəngin mədəni həyata malik olan Gəncədə bu gün Ermənistanın atdığı raketlər nəticəsində həyat öz axarını itirib. Biz BMM olaraq Azərbaycan torpaqlarının azad olunmasını və cəbhə xəttindən kənarda yerləşən ərazilərə raket atılmasını qəti olaraq pisləyirik. Gəncə və onun mədəni və dini infrastrukturuna erməni hücumlarını pisləyir, dünya ictimaiyyətini bu hadisəyə biganə qalmamağa, işğalçı Ermənistanın təcavüzkarlıq siyasətini qətiyyətlə pisləyir, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, Avropa Parlamenti, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına səslənərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini və Ermənistanın Azərbaycan xalqına qarşı apardığı terror siyasətini bir an öncə dayandırmasının vacibliyini ifadə edirik".

Xəbər lenti
0