Bakı bulvarı, arxiv şəkli

Rəsmi Bakı xaricdəki diplomatların erməni terrorundan qorunması üçün müraciət göndərəcək

23
(Yenilənib 16:08 19.10.2020)
Erməni radikal ünsürləri tərəfindən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdid dolu ismarışların, hətta onların öldürülməsi çağırışlarının yayılmasını qətiyyətlə pisləyirik.

BAKI, 19 oktyabr — Sputnik. Erməni radikal ünsürləri tərəfindən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdid dolu ismarışların, hətta onların öldürülməsi çağırışlarının yayılmasını qətiyyətlə pisləyirik. Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarının yayılması ilə bağlı məlumatları şərh edərkən qeyd edib.

"Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diplomatlarına qarşı həyati təhlükə xarakterli çağırışların geniş yayıldığını müşahidə edirik.

Bu, növbəti dəfə radikal erməni qüvvələrinin terrorçu xislətinin təzahürüdür. Təəssüflə bildirmək istərdik ki, tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluq, hətta Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Hər kəsə yaxşı bəllidir ki, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilmişdir. 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində Ermənistan tərəfindən ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir.

Ermənistan silahlı qüvvələrinin bu ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində əl atdıqları təxribat nəticəsində də xarici ölkələrdəki radikal erməni qüvvələri tərəfindən yerli azərbaycanlı icma üzvlərinə, eləcə də diplomatlarımıza qarşı son dərəcə aqressiv əməllərin və nifrət zəminində cinayətlərin törədildiyini gördük.

Erməni radikal ünsürləri tərəfindən Azərbaycan və Türkiyə diplomatlarına qarşı təhdid dolu ismarışların, hətta onların öldürülməsi çağırışlarının yayılmasını qətiyyətlə pisləyirik.

Bildiyiniz kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir və bu xüsusda, tərəfimizdən xarici ölkələrdəki diplomatlarımızın mühafizəsinin, təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirlərinin görülməsi üçün müvafiq müraciətlər göndəriləcək", - deyə Leyla Abdullayeva qeyd edib.

23

Hadrutda aşkarlanan ikona Bakıya gətirildi - FOTOLAR

4
Rus Pravoslav Baş Kafedral Kilsəsində ("Jen Mironosits" pravoslav kafedral kilsəsi) Hadrutdan tapılan ikonanın təntənəli şəkildə Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilməsi mərasimi keçirilib. Daha ətraflı - Sputnik Azərbaycan-ın fotolentində.

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan ordusunun istifadə etdiyi ağır texnikanın təmiri ilə məşğul olan "Turan" şirkətinin direktoru Səfər Səfərli erməni işğalından azad olunmuş Hadrut qəsəbəsindən tapılmış və üzərində İsa Məsihin təsviri olan ikonanı Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verib.

Səfərli bildirib ki, ikona Hadrutda aparılan təmir işləri vaxtı aşkar olunub. Dini atribut tamamilə təsadüfən palçığın içindən tapılıb. İkona təmizlənrək Bakıya gətirilib ki, kilsəyə təhvil verilsin.

"Azərbaycanda həm islam, həm də xristian dininin müqəddəs atributlarına eyni dərəcədə hörmətlə yanaşılır", - deyə Səfərli qeyd edib.

İkona Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı üzrə arxiyepiskopu Aleksandra təhvil verilib. O isə öz növbəsində əmin edib ki, dini atribut Bakı Provaslav Kilsəsində layiqli yerini tutacaq.

Kilsə əməkdaşlarının sözlərinə görə, ikonanın təxminən 150 yaşı var. Onun üzərinə xüsusi texnika ilə əlində kitab tutmuş İsa Məsihin təsviri həkk olunub. Kitabın üzərindəki yazı qədim slavyan dilində yazılıb və orada bu sözlər öz əksini tapıb: "Ey ehtiyac və dərd sahibləri, mənə tərəf gəlin, sizi əbədi rahatlığa qovuşduracağam".

4
  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    "Turan" şirkətinin direktoru Səfər Səfərli Hadrutda tapılan ikona ilə.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atribut Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopuna təhvil verilib.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Hadrutda aşkarlanan dini atributun Rus Pravoslav Kilsəsinin Bakı arxiyepiskopluğuna təhvil verilmə mərasimi.

  • © Sputnik / Murad Orujov

    Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı.

Bərbərxana, arxiv şəkli

Restoran bərbərxanaların fəaliyyəti dayandırılıb

11
Noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

BAKI, 28 noyabr — Sputnik. Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, həmçinin, restoran, bərbərxana və gözəllik salonlarında xidmət dayandırılır.

11
Teqlər:
epidemiya, pandemiya, restoran, bərbər, Nazirlər Kabineti yanında Operativ Qərargah