BAKI, 16 oktyabr — Sputnik. Son günlər bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən Инфотека24 və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən guya azərbaycanlı həkimlərin yaralılara qarşı laqeyd münasibət göstərmələrini əks etdirən videogörüntülər yayılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılararaq onların saxta olması müəyyən edilib:
Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır.
Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən vətəndaşlarımızdan dövlətimiz üçün həssas və şanlı olan bu dövrdə ayıq-sayıq olmaqla təxribat xarakterli yayılmış videoların ictimailəşdirilməməsi, o cümlədən mobil tətbiqlər vasitəsilə yaymamaq xahiş olunur".
BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
BAKI, 16 yanvar — Sputnik. Gəncə sakini Orxan Məmmədov koronavirus testinin nəticəsinin pozitiv çıxması, özünü təcrid edərək yaşadığı evdə müalicə almalı olduğu halda şəhər ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinə gələrək, orada işlyib. Müştərilərlə mütəmadi təmasda olaraq onlara infeksiyaya yoluxma təhlükəsi yaratdığından polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə göndəriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan başqa, polislər şəhər ərazisindəki stasionar postda xidmət aparan zaman ayrı-ayrılıqda şəhər sakinləri Elnurə Verdiyeva və Sənan Hacıyevin də təcrid qaydalarına riayət etməyərək, sağalmadan yaşadığı evlərini tərk etdiklərini aşkar edib. Vətəndaşlara pandemiya barədə ümumi məlumat verilərək yaşadıqları evlərə göndəriliblər.
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə aparılan tədbirlər nəticəsində Gəncə şəhərində ümumilikdə 30 nəfərin xəstəliyə yoxluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb ki, həmin şəxslər barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.