Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, arxiv şəkli

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycan parlamentində çıxış edəcək

24
Parlamentin növbəti plenar iclası oktyabrın 20-də keçiriləcək. İclasın gündəliyinə 5 məsələ daxil edilib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 16 oktyabr — Sputnik. Milli Məclisin payız sessiyasının növbəti iclası oktyabr ayının 20-də keçiriləcək.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin ictimaiyyət və mətbuatla əlaqələr şöbəsindən məlumat verilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı.

2. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

24
2021-ci ilin loqosu, arxiv şəkli

Zamanımız azalır, 2021 daha qısa olacaq

0
(Yenilənib 20:22 20.01.2021)
Bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

BAKI, 21 yanvar — Sputnik. Mütəxəssislərin fikrincə, son 50 ildə Yer kürəsinin Günəş ətrafında fırlanma sürətinin artması səbəbilə 2021-ci il normadan qısa olacaq. Sputnik Türkiyə xəbər verir ki, Kanadanın York Universitetinin astronomiya və fizika üzrə professoru Pol Delaney bildirib ki, dünyanın fırlanma sürəti artıb və bu dəyişiklik Yer üzündə zamanın yavaşlamasına səbəb olub.

Elmi hesablamalara görə, 2021-ci ildə bir gün - 24 saat (86 min 400 saniyə) normal bir günlə müqayisədə 0,05 millisaniyə qısa olacaq.

Qısalmanın qlobal iqlim dəyişikliyindən qaynaqlandığını bildirən Delaney əriyən buzlaqların dünya üzərində olan kütlənin yerləşmə şəklinə təsir etdiyini və suların fırlanma oxuna yaxınlaşdıqca onun dönmə sürətinin artırdığını qeyd edib.

Delaney Yerin bu vəziyyətini daha sürətli fırlanmaq üçün qollarını bədəninə yaxınlaşdıran konkisürənə bənzədib.

Sözügedən qısalma saniyədən çox az olduğu üçün insanların gündəlik fəaliyyətlərinə təsir etməyəcək. Ancaq mütəxəssisin fikrincə, iqlim dəyişikliyi zamanın qısalmasına və günlərin müəyyən edilməsinə təsir edəcək. Professorun fikrincə, bu vəziyyətin qarşısının alınması üçün "artıq saniyə" tətbiq ediləcək.

Ancaq bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

Beynəlxalq Standartlar və Texnologiya İnstitutu 1972-ci ildən 2016-cı ilə qədər hər 1,5 ildə bir artıq saniyə əlavə etmişdi.

0
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

8
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

8
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası