Hikmət Hacıyev, arxiv şəkli

Hikmət Hacıyev: "Ermənilər Avropada COVID-19 yayırlar"

40
"Bu cür təxribatlarda iştirak etmək əvəzinə, Ermənistan Azərbaycanın torpaqlarının işğalına son qoymalıdır".

BAKI, 16 oktyabr — Sputnik. Ermənistan hökumətinin təşəbbüsü ilə erməni lobbi qrupları Avropa şəhərlərində magistral yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyatlara zərər vurur və COVID-19 yayırlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

"Bu cür təxribatlarda iştirak etmək əvəzinə, Ermənistan Azərbaycanın torpaqlarının işğalına son qoymalıdır", - deyə Hikmət Hacıyev qeyd edib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

40
YPX avtomobili, arxiv şəkli

Yol Polisi sürücülərə müraciət etdi

1
Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur

BAKI, 19 yanvar — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. Sputnik Azərbaycan BDYPİ-nin məlumatına istinadla xəbər verir ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə Baş DYP İdarəsi sürücülərdən nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmağı, avtomobillərinin texniki sazlığını, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrini, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələri xahiş edir:

"Bəzi yolların buz bağlama ehtimalının olmasını nəzərə alaraq, şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaların tələbinə (minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobillərində 1 mm-dən, avtobuslarda 2 mm-dən, motosiklet və mopedlərdə isə 0,8 mm-dən az olmamalıdır) uyğun olmayan nəqliyyat vasitələrinin istismarına yol verməsinlər.

Digər günlərə nisbətən nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olması baxımından sürücülərə hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.

Eyni zamanda yola çıxmazdan əvvəl avtomobilin ban şüşələrini təmizləməklə şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə təchiz olunmasını təmin etməlidirlər.

Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri olmayan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur".

1
Meşə yanğını, arxiv şəkli

Fəlakətin qarşısını almaq üçün başqa çıxış qalmadı - işçilər ərazidə növbə çəkirlər

11
(Yenilənib 14:36 19.01.2021)
"Dünən gecə saatlarınadək ərazidə olmuşuq. Artıq orada yağışlar başlayıb. Yanğın tamamilə söndürülüb" - xidmət rəisi

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. "Hirkan Milli Parkının ümumi ərazisi 40358 hektardır. Yanğın baş verən ərazi isə Astarada "Şindan meşəbəyiliyi"nin ərazisidir. Yanğının baş vermə səbəbləri araşdırılır".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev danışıb. Onun sözlərinə görə, bir neçə gündür ki, yanğının söndürülməsində çətinliklər güclü küləyin olması ilə əlaqəli olub.

F.Əliyev vurğulayıb ki, yanğın artıq söndürülüb. Yanğının söndürülməsində Hirkan Milli Parkının və Meşə Xidmətinin əməkdaşları ilə birgə Fövqəladə Hallar Nazirliyi və kənd sakinləri də iştirak ediblər. Ümumilikdə 300 nəfərə yaxın şəxs cəlb edilib.

"Dünən gecə saatlarınadək ərazidə olmuşuq. Artıq orada yağışlar başlayıb. Yanğın tamamilə söndürülüb", - deyə xidmət rəisi vurğulayıb. Onun sözlərinə görə, yanğın zamanı əsasən xəzəl və qurumuş kol-kos yanıb.

Əraziyə baxış keçirilən zamanı köküstə yaşıl ağacların yanmasına təsadüf edilməyib. Profilaktik tədbirlər baxımından ərazidə növbətçilik sistemi təşkil edilib. Yenidən yanğının baş verməməsi üçün nazirliyin əməkdaşları ərazidə növbə çəkirlər.

F.Əliyev qeyd edib ki, hazırda dəymiş zərər hesablanır. Yanğının səbəbləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq mühafizə orqanları nümayəndələri tərəfindən araşdırılır.

11
Teqlər:
yanğın, Hirkan Milli Parkı