Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində yanında olmağa davam edəcəyik"

24
Qardaş ölkələr olaraq Azərbaycana həmrəylik göstərməyimiz olduqca önəmlidir. Türkiyə olaraq Azərbaycanın haqlı mübarizəsinin həmişə yanında olduq, olmağa da davam edəcəyik.

BAKI, 15 oktyabr — Sputnik. Qardaş ölkələr olaraq Azərbaycana həmrəylik göstərməyimiz olduqca önəmlidir. Türkiyə olaraq Azərbaycanın haqlı mübarizəsinin həmişə yanında olduq, olmağa da davam edəcəyik. Sputnik Azərbaycan "NTV"-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Qazaxıstanda Əhməd Yesevi Beynəlxalq Türk-Qazax Universitetində akademik ilinin açılışında çıxışı zamanı bildirib.

"Qardaş ölkələr olaraq Azərbaycana həmrəylik göstərməyimiz olduqca önəmlidir. Türkiyə olaraq Azərbaycanın haqlı mübarizəsinin həmişə yanında olduq, olmağa da davam edəcəyik. FETÖ təhdidi hələ də davam edir. Bu sadəcə ölkəmiz üçün deyil, Qazaxıstan və digər qardaş ölkələr üçün də təhdiddir. 15 iyul olduğu zaman dəyişik vasitələrlə FETÖ-nün Qırğızıstanda güclü şəkildə təşkilatlandığını vurğulamışdım. Bu gün Qırğızıstandakı qardaşlarımız bunu öz gözləri ilə bir daha gördü".

24
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Koronavirus modeli, arxiv şəkli

Yalançı koronavirus təkcə orqanizmi deyil, ruhu da zədələyir

2
(Yenilənib 00:20 21.01.2021)
Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

 

BAKI, 21 yanvar — Sputnik. COVID-19-a yoluxma qorxusu nəticəsində meydana gələn təşviş pozuntusu probleminə vaxtında müdaxilə edilmədiyi təqdirdə bəzi şəxslərdə psixoloji olaraq "yalançı koronavirus" meydana gələ bilər.

Sputnik Türkiyə xəbər verir ki, professor Ebru Salçıoğlunun fikrincə, bəzi vətəndaşlar koronavirus əlamətlərinin olduğuna inanaraq, xəstəxanaya gedirlər.

"Pandemiya səbəbilə dünyada hər 4 nəfərdən birində təşviş pozuntusu və depressiya müşahidə edilir. Bunun qarşısı alınmadığı təqdirdə hər kəs özünü koronavirusa yoluxmuş kimi hiss edə bilər", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bəzi vətəndaşlarda səbəbi məlum olmayan əlamətlər müşahidə edilə bilər. Bu zaman mütəxəssislər psixoloji səbəblərə baxırlar. Özünü ifadə edə bilməyən və ortaya çıxmayan duyğular bədənimizə təzahür edir. Bunlar çox zaman nevroloji əlamətlər şəklində özünü büruzə edir. Hərəkət pozuntuları və müvəqqəti korluq da müşahidə edilə bilər.

Bununla yanaşı, dermatoloji, kardioloji və mədə-bağırsaq sistemində müşahidə edilən əlamətlərin altında psixoloji problemlər ola bilər.

"Mütəmadi olaraq, təşviş pozuntusu yaşayan şəxslər təmiz olmaq üçün deyil, təmiz görünmək üçün gigiyenik qaydalara əməl edirlər. Məsələn, əlləri kirləndiyi zaman təmizləmək üçün deyil, təmiz görünmək üçün yuyurlar. Bəzi insanlar koronavirus haqqında danışdıqdan sonra əllərini yuyub, dezinfeksiya edirlər", - deyə həkim əlavə edib.

2
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
2021-ci ilin loqosu, arxiv şəkli

Zamanımız azalır, 2021 daha qısa olacaq

4
(Yenilənib 20:22 20.01.2021)
Bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

BAKI, 21 yanvar — Sputnik. Mütəxəssislərin fikrincə, son 50 ildə Yer kürəsinin Günəş ətrafında fırlanma sürətinin artması səbəbilə 2021-ci il normadan qısa olacaq. Sputnik Türkiyə xəbər verir ki, Kanadanın York Universitetinin astronomiya və fizika üzrə professoru Pol Delaney bildirib ki, dünyanın fırlanma sürəti artıb və bu dəyişiklik Yer üzündə zamanın yavaşlamasına səbəb olub.

Elmi hesablamalara görə, 2021-ci ildə bir gün - 24 saat (86 min 400 saniyə) normal bir günlə müqayisədə 0,05 millisaniyə qısa olacaq.

Qısalmanın qlobal iqlim dəyişikliyindən qaynaqlandığını bildirən Delaney əriyən buzlaqların dünya üzərində olan kütlənin yerləşmə şəklinə təsir etdiyini və suların fırlanma oxuna yaxınlaşdıqca onun dönmə sürətinin artırdığını qeyd edib.

Delaney Yerin bu vəziyyətini daha sürətli fırlanmaq üçün qollarını bədəninə yaxınlaşdıran konkisürənə bənzədib.

Sözügedən qısalma saniyədən çox az olduğu üçün insanların gündəlik fəaliyyətlərinə təsir etməyəcək. Ancaq mütəxəssisin fikrincə, iqlim dəyişikliyi zamanın qısalmasına və günlərin müəyyən edilməsinə təsir edəcək. Professorun fikrincə, bu vəziyyətin qarşısının alınması üçün "artıq saniyə" tətbiq ediləcək.

Ancaq bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

Beynəlxalq Standartlar və Texnologiya İnstitutu 1972-ci ildən 2016-cı ilə qədər hər 1,5 ildə bir artıq saniyə əlavə etmişdi.

4