Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb, arxiv şəkli

Valentina Matviyenko atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb

156
Sahibə Qafarova bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə Federasiya Şurasının Sədrinə məlumat verib

BAKI, 13 oktyabr — Sputnik. Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko arasında telefon danışığı olub.

Sputnik Azərbaycan xəbər verir ki, Sahibə Qafarova bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə Federasiya Şurasının Sədrinə məlumat verib.

Bildirilib ki, oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb və bu hücum nəticəsində 10 mülki şəxs həlak olub, o cümlədən aralarında azyaşlı uşaqlar da olmaqla, 30-dan çox vətəndaşımız yaralanıb. Vurğulanıb ki, Ermənistanın mülki əhalini və mülki obyektləri hədəfə alan bu hücumları müharibə cinayətidir və beynəlxalq hüququn, o cümlədən 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir.

Oktyabrın 10-da Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunmasından sonra da Ermənistan tərəfinin mülki şəxsləri və mülki obyektləri qəsdən atəşə tutması Federasiya Şurasının Sədrinin diqqətinə çatdırılıb. Milli Məclisin Sədri Ermənistanın Gəncə şəhəri ilə yanaşı, sənaye infrastrukturunun və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini və digər yaşayış məntəqələrini də ağır artilleriya, həmçinin raket atəşinə tutduğunu qeyd edib.

Sahibə Qafarova hazırda regionda yaranmış gərgin vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko yaranmış vəziyyətdən narahatlığını bildirib və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

156
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (559)
Bakubus avtobusu, arxiv şəkli

Pik saatlarda paytaxta ehtiyat avtobuslar cəlb olunub

0
(Yenilənib 18:19 20.10.2020)
Axşam pik saatlarda sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərinə ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobuslar cəlb olunub.

BAKI, 20 oktyabr — Sputnik. Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub. Bu barədə Sputnik Azərbaycan-a  Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib:

"Zərurət olduqca daşımalara əlavə avtobuslar cəlb olunacaq. Ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub. Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.

Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik".

0
Gəncədə vəziyyət

Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar

2
(Yenilənib 17:59 20.10.2020)
"Dinc əhalini vurmaq savaş deyil, cahillikdir, vəhşilikdir və insanlıqdan kənardır. Dualarım Azərbaycanladır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Sibel Can da Azərbaycana dəstək paylaşımı edib. Sənətçi 2,5 milyon izləyicisi olan "Instagram" səhifəsinin hekayə bölümündə işğalçı Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı fotolar yayımlayıb.

"Uşaqdan vətən istədiniz? Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə atəş açıb, mülki şəxslərin yaşadığı yerlər hədəf alınır. İnsanlara qarşı günah işlənir. Qəlbim ağlayır, Azərbaycan", - deyə Sibel Can paylaşımında qeyd edib.

Hülya Avşar da baş verən faciəyə münasibətini bildirib: "Müharibə heç bir ölkəyə yaraşmır. Təəssüf ki, sona da yetmir. Amma dinc əhalini vurmaq savaş deyil, cahillikdir, vəhşilikdir və insanlıqdan kənardır. Dualarım Azərbaycanladır". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Hülya Avşar (@hulyavsr)

Müğənni-bəstəkar Mustafa Ceceli də öz paylaşımında qeyd edib: “Bir ovuc təlxək sonunu hazırlayır və bütün dünya bunu səssizcə izləyir. Uşaq qatillərinin axıtdığı qan yerdə qalmayacaq”. 

Посмотреть эту публикацию в Instagram

Публикация от 🇹🇷 Mustafa Ceceli (@mustafaceceli)

Eyni zamanda, Gülbən Ərgən, Yonca Evcimik, Yıldız Tilbe, Serenay Sarıkaya da Azərbaycan barədə paylaşımlar ediblər, yaralılara şəfa diləyiblər.

2