Semen Peqov, arxiv şəkli

"WAR GONZO"nun əməkdaşı barəsində cinayət işi başlanıb

72
Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir

BAKI, 12 oktyabr — Sputnik. Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən kompleks tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla bəzi internet resurslarında ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edilməsi ilə bağlı yayılmış videogörüntülər təhlil edilib.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqovun Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Semyon Peqovun Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində Ermənistan Respublikası tərəfindən hərbi təcavüz və milli ayrı-seçkiliyin nəticəsi kimi yaradılmış "Artsax" adlandırılan qanunsuz qondarma rejimin dəstəklənməsi məqsədilə, guya həmin qurumun müdafiəsi üçün çoxsaylı könüllü erməni gənclərin səfərbər olduqlarını bildirən çəkilişlər etməsinə, işğal olunmuş ərazilərimizdə qanunsuz yaradılmış terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alıb bu barədə müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşmaqla Rusiya Federasiyasının vətəndaşlarına səslənərək Ermənistan Respublikasına kömək məqsədilə döyüş əməliyyatlarının aparıldığı bölgəyə gəlmələrinə, habelə ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edərək bu cür məzmunlu materialları qeyd olunan internet səhifəsində yaymasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Baş Prokurorluq tərəfindən qeyd edilən şəxsin vətəndaşı olduğu ölkənin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğu göndərilib. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

72
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

9
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

9
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Azərbaycan ordusu Ermənistan ərazilərini atəşə tutmur, cavab tədbiri görür - MN

11
(Yenilənib 22:50 31.10.2020)
Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

BAKI, 31 oktyabr - Sputnik. Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycanın Qubadlı rayonu ərazisindən guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndinin atəşə tutulması nəticəsində yaralıların və xeyli sayda dağıntıların olması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Qubadlı sahəsində rayonun 4-5 km dərinliyində, Azərbaycan ərazisində artilleriya qurğularının atəş nöqtələrini yerləşdirən düşmən Qubadlı rayonunun işğaldan azad olunmuş kəndlərini və Azərbaycan Ordusunun bölmələrini gün ərzində intensiv atəşə tutub. Yalnız sərhədlərimiz çərçivəsində tərəfimizdən düşmənin həmin atəş nöqtələrinə qarşı adekvat tədbirlər görülüb.

Bir daha bildiririk ki, Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi məqsədi yoxdur. Azərbaycan Ordusu dünya birliyi tərəfindən tanınan ölkəmizin sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa edir.

11
Teqlər:
Ermənistan silahlı qüvvələri, Ermənistan ordusu, Ermənistan, Müdafiə Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyi Əsgəran, Ağdərə və Xocavəndin bombalanması barədə
Müdafiə Nazirliyi: "Azərbaycan tərəfinin hücum cəhdi olmayıb"
Müdafiə Nazirliyi: Ermənistan ordusunun polkovniki məhv edildi
Müdafiə Nazirliyi Xocalıdakı Qarabulaq kəndi ilə bağlı məlumat yaydı
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - Müdafiə Nazirliyi