SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xarici diplomatlar Gəncə və Mingəçevirə gedir

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidСитуация в Гяндже
Ситуация в Гяндже - Sputnik Azərbaycan
Abunə olmaq
Hikmət Hacıyev vurğulayıb ki, səfərin məqsədi diplomatları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

BAKI, 12 oktyabr — Sputnik. Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncə və Mingəçevirə səfər edəcəklər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət yerləri ilə tanış etməkdir.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin oktybarın 11-də gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 9 dinc sakin həlak olub, 35 nəfər yaralanıb.

Xəbər lenti
0